"Qarabağ mövzusu Rusiya prezidentinin, Xarici İşlər nazirinin diqqət mərkəzində qalır"

12:28 11-02-2020 | icon 205 | Dünya
"Qarabağ mövzusu Rusiya prezidentinin, Xarici İşlər nazirinin diqqət mərkəzində qalır"

“Rusiya hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv vasitəçi mövqeyi tutub”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "Rossiya Seqodnya" agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, həlli gecikmiş münaqişənin nizamlanmasında tərəflərə köməklik göstərmək Rusiyanın xarici siyasət prioritetləri sırasındadır.

 

"Qarabağ mövzusu Rusiya prezidentinin, Xarici İşlər nazirinin diqqət mərkəzində qalır. Bu hal davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və bu fəaliyyətin nəticələrinə artan diqqəti müəyyənləşdirir. Rusiyanın birbaşa köməyi ilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il Atəşkəs Sazişi var. Ölkəmizin vasitəçilik səylərindəki vacib mərhələ 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi oldu, hansı ki, bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllindən bəhs olunur. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan ilk və bu günə qədər yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın Baş Qərargah rəislərini Moskvaya dəvət etməklə, 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında da həlledici rol oynadı", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

 

Rudenko ölkəsinin fransalı və amerikalı tərəfdaşları ilə sıx təmasda vasitəçilik missiyasını həyata keçirdiyini də xatırladıb:

"Ötən ilin aprel ayında Moskvada Sergey Lavrov tərəfindən həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təşkil olunub. Görüşdə keçən il Vyanada İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaların işlənib hazırlanması zamanı danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər ortaya qoyulub. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var. Media nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bəzi əsas məsələlərinə baxılıb. Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. İrəvanla Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Əsirlikdə olan Zaven Karapetyan və Elvin İbragimov geri qaytarılıb. Digər məhkumlarla bağlı iş davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesə cəlb olunub. İnanırıq ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Cenevrədəki son iclasında da müzakirə edilib. Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Əsas siyasi iradə nümayiş etdirməkdir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əməkdar artistin 61 yaşı tamam olur

“Qəbələ” çilili hücumçu ilə müqavilə imzalayıb

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Atəşkəs rejimi 22 dəfə pozulub

Futboldakı problemləri açıb tökdü

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

Ermənilər Xocalıda at oynadır

Sabahın hava proqnozu

Milli Məclisə yeni sədr seçiləcək

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"