"Diaspora sədrinin qızı hansı meyarlara əsasən, erməni oğlanla ailə həyatı qurub?"

18:40 04-05-2018 | icon 326 | Cəmiyyət
"Diaspora sədrinin qızı hansı meyarlara əsasən, erməni oğlanla ailə həyatı qurub?"

Milli Məclisin deputatı Elman Nəsirov Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızının erməni oğlanla ailə həyatı qurmasına münasibət bildirib.



Versus.Az xəbər verir ki, millət vəkili İnterpress.az-a açıqlamasında bildirib ki, erməni ilə qudalıq etmək istəyənlər qınaq obyektinə çevrilməlidir:

 

“Ümumiyyətlə, mən hər bir zaman tam dəqiqləşdirilmiş məlumatlar əsasında mövqe bildirməyə üstünlük verirəm. Çünki, əks təqdirdə anlaşılmaz yaranır və bundan tərəflərin işgüzar nüfuzuna xələl gəlir. O nöqteyi-nəzərdən, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun, doğrudan da, qızının erməni oğlanla ailə həyatı qurubsa, onların müştərək nikah mərasimləri keçirilibsə və bu səpkili qohumluq münasibətləri yaranıbsa, mənim buna münasibətim birmənalı şəkildə pisdir. O səbəbdən ki, Ermənistan işğalçı dövlətdir və Ermənistan Xocalı faciəsinə imza atdı. Ermənistan silahlı qüvvələri ərazimizin 20 faizini işğal altında saxlayır. Bir milyondan çox bizim məcburi köçkünlərimiz var. Doğrudan mı, bir azərbaycanlının qız övladı üçün azərbaycanlı oğlan tapılmadı ki, ərə getsin və öz gələcək həyatını müəyyən etsin? Axı, diaspora sədrinin qızı hansı meyarlara əsasən, erməni oğlanla ailə həyatı qurub?”



E.Nəsirov hesab edir ki, heç bir halda Azərbaycanda bu məsələyə müsbət yanaşan azərbaycanlı tapılmaz:

 

“Heç kim bunu təqdir edə bilməz. Bu, birmənalı şəkildə pisləniləsi hadisədir. Düşünürəm ki, bu məsələ ilə əlaqədar olaraq bütün millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin mövqeyi ortaya qoyulmalıdır. Siz bu məsələ ilə bağlı sosial sorğu keçirsəniz, görərsiniz ki, hər bir vicdanlı azərbaycanlı öz mənfi münasibətini etiraf edəcək. Fikrimcə, erməni ilə qudalıq etmək istəyənlər qınaq obyektinə çevrilməlidir. Ki, belə olmaz. Azərbaycanın torpaqları işğal altında ola-ola, bizim ana-bacılarımız girovluqda saxlanıla-saxlanıla, bir milyondan çox qaçqın və məcburi köçkünümüz ola-ola və ermənilərin Azərbaycanın bütün tarixi mədəniyyətlərini məhv etdiyi halda, azərbaycanlı qızın erməni oğlana ərə verilməsi yolverilməzdir”.


Deputat Azərbaycanın erməni xalqı ilə deyil, erməni hakimiyyəti ilə düşmənçiliyi var ifadəsini absurd fikir adlandırıb:

 

“Bu fikir tamam absurd bir fikirdir və bu fikirə haqq qazandırmaq olmaz. Biz müharibə şəraitində yaşayırıq. Müharibə vəziyyətində belə nikahların həyata keçirilməsini dönüklük adlandırıram. Bəli, doğrudur, Ermənistan rejimindən ən çox əziyyət çəkən elə erməni xalqıdır. Bunlar hamısı bəlli məsələlərdir. Lakin unutmamalıyıq ki, bu gün iki xalq arasında elə bir etimad mühiti yoxdur. Iki dövlət müharibə vəziyyətindədir. Xalqlarımız arasında da etimad mühiti mövcud deyil. Belə olan təqdirdə, belə bir toy və nikah mərasimlərinin keçirilməsi heç bir əxlaqa və heç bir məntiqə sığmayan bir addımdır. Məndə sual yaranır ki, sözügedən diaspor sədrinin və onun erməniyə ərə gedən qızının ermənilərin azərbaycanlıların başına gətirdikləri faciələrdən xəbəri var, ya yox? Təbii ki, çox yaxşı xəbərlər var. çünki, 21-ci əsrdir və informasiya əsridir. Ona görə də onlar çox gözəl bilir ki, Ermənistanla Azərbaycanın münasibətləri hansı həddədir. Biz unutmamalıyıq ki, ermənilər tarixən faciələrlə bizə zərbələr vurublar”.



Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızı erməni oğlanla ailə həyatı qurub. Toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib. Qızın erməni oğlanla sevgili olduğundan xəbər tutan diaspor sədri A.Kərimov əvvəllər buna razı olmasa da sonradan razılıq verib. Mənbənin sözlərinə görə, hətta buna görə, A.Kərimov həyat yoldaşı Rigina Kərimova ilə qeyri-rəsmi şəkildə boşanıb. Amma boşanma ilə heç bir müsbət nəticənin olmadığını görən Kərimov yenidən həyat yoldaşı ilə münasibətlərini bərpa edib. Məlumata görə, Kərimovun həyat yoldaşı da erməni əsillidir. Elə buna görə də, R.Kərimova qızının erməni oğlanla evlənməsini müdafiə edib. Toy mərasimində Kərimov qızına və erməni kürəkəninə xeyir-dua verib. Eyni zamanda, mərasimdə erməni və Azərbaycan musiqilərinin sədaları altında diaspor sədri və onun erməni qudasının rəqs etməsi də öz əksini tapıb.



Xatırladaq ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Soydaşlarımız arasında A.Kərimova etiraz edənlərin sayı gündən-günə çoxalır. Elə buna görə də, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsində bu hadisədən sonra A.Kərimova qarşı inamsızlıq yaranıb və təşkilatın içərisində parçalanma müşahidə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"