“Avropa Qafqazı düşünmür”

16:37 07-05-2018 | icon 163 | Siyasət
“Avropa Qafqazı düşünmür”

 

Fuad Əliyev: “Onların başları öz problemlərinə qarışıb”

 

“Rusiyanın Ermənistanı öz nəzarətindən çıxaracağına inanmıram. Ermənistanın hərbsi, enerjisi Rusiyanın əlindədir. Rusiya Ermənistanəı əldən verməz”.

 

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev separatçı Ermənistanda baş verən gərginlik, Qərb və Rusiyadan olan gözləntilərlə bağlı şərhində bildirib. Onun sözlərinə görə, regionda nə baş verməsindən asılı olmayaraq bu gün Avropa Qafqazı düşünmür:

 

“Onların başları öz problemlərinə qarışıb. Guya Rusiyanı kənarda saxlamaq üçün ona qarşı sanksiyalar tətbiq etdilər. Amma heç nə alınmadı. Dünyada xaotik vəziyyət var və orda Rusiya hegemonluq edir. Bu da Suriyada özünü təsdiq etdi. Tramp da açıq şəkildə bildirdi ki, artıq demokratiyanı başqa ölkələrə aparmayacaqlar”.

 

F.Əliyev bildirib ki, Rusiya dünyaya əzələ nümayiş etdirməkdən çəkinmir:

 

“Putin rektorlarla son görüşündə yeni bir silahın tələbələr tərəfindən ixtira olunmasını elə-belə önə çəkmədi. O, nə danışdığını yaxşı bilir. Dünya isə Rusiya ilə necə davranmağı bilmir”

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

"Soros uşaqları" Bakını hədələmək istədilər"

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Kitabələri dinləndirən qadın

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək