Elektron qeydiyyat zamanı problem yarandı

13:44 08-05-2018 | icon 98 | Gündəm
Elektron qeydiyyat zamanı problem yarandı

“Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan ilk mənzillərin seçimi mərhələsində “Elektron hökumət” portalında və “Güzəştli mənzil” sistemində vətəndaşların daxilolmalarının və apardıqları əməliyyatların sayı kütləvi xarakter daşıyıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayıb.

 

Ötən gün saat 11-50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə də portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısa müddətli ləngimə yaranaraq nasazlıq baş verib. Belə ki, sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib.

Yaranmış halın həll edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Agentlik baş vermiş texniki nöqsanları opertiv qaydada aradan qaldırıb.

Agentlik və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcək.

 

Qeyd edək ki, ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mayın 7-də güzəştli mənzillərin satışına başlanılıb.

Satış Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Güzəştli mənzil” sistemi vasitəsilə həyata keçirilir. Bununla da Yasamal Yaşayış Kompleksində satışa çıxarılan ilk 4 bina üzrə 260 mənzil elektron kabinetə sahib olmuş vətəndaşlar tərəfindən bərabər şəkildə şəffaf, real vaxt rejimində və kənar təsir olmadan seçilib.

 

“Güzəştli mənzil” sistemi mənzil satışında ölkəmizdə ilk və unikal proqram sistemidir. Sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaş mənzillərin seçimini insan faktoru olmadan internet vasitəsilə, rahat və qısa zamanda həyata keçirir. Sistemdə hər bir addım qeydə alındığından vətəndaşlar tərəfindən aparılan seçimin şəffaflığı qorunur. Bu baxımdan “Güzəştli mənzil” layihəsinə böyük maraq vardır və sistemdə şəxsi kabinet əldə edənlərin sayı 8800 nəfərədək olub.

 

Qeyd edək ki, “Elektron hökumət” portalına adi halda müraciətlərin sayı portalın fəaliyyəti ərzində eyni anda 1500-dən çox olmadığı halda, “Güzəştli mənzil” layihəsinə vətəndaşlar arasında marağı, şəxsi kabinet sayını və sistemin yüklənməsini nəzərə alaraq “Elektron hökumət” portalına eyni anda xidmət üzrə daxilolmaların sayı öncədən 10 000-ə qədər artırılıb.

 

Gözəl Nəcəfli
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib

Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

"Bu xəbər hamımızı üzdü"

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

“Yeni müttəfiqlər axtaracağıq”

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb