Bu gün Şuşanın yasıdır... Bu gün Şuşada bayramdır!!!

16:53 08-05-2018 | icon 188 | Köşə
Bu gün Şuşanın yasıdır... Bu gün Şuşada bayramdır!!!

 

ARZU ZEYNALLI

 

 

Gözəl adətlərimiz var idi... Yas düşəndə evlərdə televizorların, radioların səsi qısaldılardı. Hər ailə matəm saxlayardı ən azından rəhmətliyin 7-si çıxanadək... Toylar təxirə salınardı… İnsanlığın dəyəri var idi… Və bu gün Şuşanın yasıdır... Və bu gün Şuşada bayramdır!!!

 

Həqiqət elə acı, elə göynərtilidir ki… Göynəyə-göynəyə övladının 26 yaşını qeyd edən kim, əzizinin ölümünün 26 illiyini qeyd edən kim, ölkəsində 26 il vətənsiz yaşamından xəcalət çəkən kim… Kim, kim, kim…

 

Yorulmuşuq… Neçə illərimiz “ar olsun”, “istefa” şüarları ilə yola verildi. Qarabağ uğrunda deyil, kürsü uğrunda mübarizələrin qurbanı olduq…

 

Bizimlə bərabər yaşlanır işğal tarixlərimiz. Saçlarımız ağarmadan, üz-gözümüz qırışmadan qocalırıq. Anormal qocalırıq. Xatirələrimiz də anormaldır… Balaca qalmışıq o xatirələrdə, heç böyümürük… Uşağıq, yeniyetməyik o xatirələrdə. Heç olmasa bir az gəncliyimiz, bir az orta yaşlığımız da olardı. Heç olmasa xatirələrimizdə anormal olmayaydıq…

 

Şuşada bu gün yasdır… Yaraları, yasları pünhan sanki… Şuşalılar Şuşasız, Şuşa şuşalılarsız…

 

Belə ayrı-seçkilik edirik. Şuşalılar, laçınlılar, ağdamlılar, zəngilanlılar, xocalılar… lılar, lılar, lılar… Şuşanın işğalında şuşalılar. Laçının işğalında laçınlılar və sair və ilaxır… Şuşa qəbirstanlığı, ağdam qəbirstanlığı…. Qəbirstanlığı, qəbirstanlığı, qəbirstanlığı… Dərd torpaq dərdi, problem yerlibazlıq… Bu gün Şuşanın işğal günüdür, şuşalılar ziyarət edir Şəhidlər Xiyabanını. 10 gün sonra Laçının işğal gününü laçınlılar qeyd edəcək… Bu minvalla hər kəs öz yurdunun işğalını anacaq… Bu minvalla dərdlər paylaşılmayacaq, paylaşılmadıqca da azalmayacaq… Bu minvalla Laçını Şuşadan, Şuşanı Xankəndindən, Xankəndini Ağdamdan və sair, və sair incik salacağıq…

 

…Bu gün Şuşadan yazdım. Şuşadan yazdım. Bu gün Ağdamı, Xankəndini yad etdim. Bu gün onların adını çəkdim ki, Laçına gedəndə ayaqlarımın altında od tutub yanmasınlar, Laçın mənə qəzəbindən boğulmasın… Çünki onlar yansalar, Laçın kül olar, Laçın boğulsa, onlar da qərq olar…

Xəbər lenti

"Bu film onun yaradıcılıq bioqrafiyasında qara ləkə olaraq qalacaq"

"Film Rüstəm İbrahimbəyovun erməni ünsürlərlə əlbir olduğunu göstərir"

"Azərbaycan tarixini yaşadanlar" “Talk TV”-nin təqdimatında

İlham Əliyev əfv sərəncamı imzalayıb

Dövlət bayrağı hökumətə təqdim olunub

Müəllimlərin diaqnostik qiymətləndirməsində 20 min nəfər iştirak edəcək

Yeni sanksiyalar tətbiq olunacaq

200 manatlıq əskinasların dövriyyəyə buraxılması tənqid edili

"Bu ilin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq"

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

“Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər” - TƏLƏB

“Bu faktlar Rüstəm İbrahimbəyovun riyakarlığından xəbər verir”

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

rüstəm ibrahimbəyovun stpir-plastikası

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

“eManat” pulun qalığını qaytaracaq

Artıq marixuana çəkənlər həbs olunmayacaq

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”