"Sabah Ermənistan üçün yeni bir dövrün başlanğıcı ola bilər"

17:06 08-05-2018 | icon 82 | Geopolitika
"Sabah Ermənistan üçün yeni bir dövrün başlanğıcı ola bilər"

"Bu gün Paşinyan Ermənistan parlamentində baş nazir seçiləcək. Müxalifətin kommunikasiya izolyasiyası əməliyyatından sonra Respublikaçılar Partiyası elan etdi ki, Paşinyanın baş nazirliyini dəstəkləyəcək. Ola bilsin ki, sabah Ermənistan üçün yeni bir dövrün başlanğıcı olsun".

 
 
Versus.Az xəbər verir bu fikirləri Teleqraf.com-a Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev sabah Ermənistanda müxalifətin hakimiyyətə gəlmək şansını şərh edərkən deyib.
 
 
VİP sədri bildirib ki, Ermənistanın hakim partiyası qarşıdurmaya getməmək naminə Paşinyana dəstək vermək öhdəliyini götürüb:
 
"Bu da o deməkdir ki, Ermənistan yeni siyasi mərhələyə daxil olur. Fikrimcə, orada növbədənkənar parlament seçkiləri keçiriləcək. Yeni parlament seçkilərində respublikaçılar uduzacaq. Seçkilərdə daha çox bu prosesdə xalqın yanında olan Paşinyan və Daşnaksütyun Partiyası irəli çıxacaq. Çünki bu partiya hakim koalisiyadan çıxaraq, müxalif Paşinyanı müdafiə edib. Bu baxımdan yaxın gələcəkdə Ermənistanda legitim, Qərb və Rusiya arasında balans saxlayacaq hökumət formalaşa bilər”.
 
 
Əl Əliyev hesab edir ki, əgər Paşinyan baş nazir seçilsə, bunun Dağlıq Qarabağ münaqişəsinə müsbət təsiri olmayacaq:
 
 
"Dağlıq Qarabağ məsələsində Paşinyan aqressiyasına görə Sərkisyandan geri qalan siyasətçi deyil. Bu səbəbdən də Dağlıq Qarabağ məsələsində bizim gözlədiyimiz müsbət nəticələr əldə olunmayacaq”.
 
 
Rusiyanın Ermənistanda yeni revanş götürməsinə gəldikdə Əli Əliyev deyib ki, Paşinyan ağıllı siyasətçi olduğundan Rusiyaya buynuz göstərməyəcək:
 
"Paşinyan çalışacaq ki, Rusiya ilə yumşaq münasibətlər fonunda Qərblə yaxınlaşma əldə etsin. Sözsüz ki, Paşinyan Ermənistanın Avropa Birliyi ilə inteqrasiyanın tərəfdarı olacaq. Məncə, Gürcüstansayağı Avropa Birliyinə qoşulmaq istəyəcək, Şengen müqaviləsinə can atacaq, Avropa dəyərlərini ölkəyə gətirmək üçün cəhdlər edəcək. Xaricdəki erməni diasporu Sərkisyanın hakimiyyətdən getməsini bayram etdi. Erməni diasporu Qərbyönlü Ermənistan istəyir. Sərkisyan isə buna mane olurdu. Belə xətt Qarabağ məsələsində bizim üçün üstünlük yarada bilər. Ermənistan tam Avropa Birliyinə meyllənsə və Moskva ilə ziddiyyət yaransa, Rusiya Azərbaycanın Qarabağda hərbi əməliyyatlara başlamasına mane olmaz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib