56 ölkədən İlham Əliyevə xüsusi təşəkkür

16:00 07-05-2018 | icon 66 | Cəmiyyət
56 ölkədən İlham Əliyevə xüsusi təşəkkür

 

Mayın 5-6-da Banqladeşin paytaxtı Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası ölkəmiz və Azərbaycanın təşəbbüsü ilə yaradılmış İƏT Gənclər Forumu ilə bağlı bir sıra mühüm qərarlar qəbul edib.

 

Versus.Az-ın məlumatına görə, sessiyanın “İƏT Gənclər Forumu haqqında” başlığı ilə qəbul etdiyi qətnamədə Xocalı faciəsi 56 üzv dövlət tərəfindən bir daha soyqırım kimi tanınıb və İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyasının fəaliyyətlərinə üzv ölkələr tərəfindən siyasi dəstəyin verilməsi haqqında çağırış edilib.

 

Bununla yanaşı, qətnamədə 17-19 aprel 2018-ci il tarixlərində Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyində Bakıda keçirilən 4-cü İƏT Gənclər və İdman Nazirləri Konfransının nəticələri, o cümlədən Bakıda qəbul edilən tarixi İƏT-nin Gənclər Strategiyası dəstəklənib və Konfransın yüksək səviyyədə təşkili üçün Azərbaycan hökumətinə təşəkkür ifadə edilib.

 

Eyni zamanda 56 ölkənin Xarici İşlər Nazirləri tərəfindən İƏT Gənclər Forumu haqqında qəbul edilmiş qətnamədə üzv dövlətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT coğrafiyasında gəncliyin inkişafı üçün gördüyü işlər və İƏT Gənclər Forumuna göstərdiyi diqqət və dəstəyə görə xüsusi təşəkkür ifadə edilib.

 

Sessiyanın yekun Bəyannaməsində isə bu ildən başlayaraq İƏT Gənclər Forumuna XİN Konfransları çərçivəsində Gənc Liderlər Konfranslarının keçirilməsi, sözügedən konfransların tövsiyələrinin Nazirlər tərəfindən müzakirə olunması səlahiyyəti verilərək, Forumun təşkılatçılığı ilə Dəkkə sessiyası öncəsi Gənc Liderlər Konfransının ilk toplantısının bu il keçirilməsi yüksək qiymətləndirilib.

 

Qeyd edək ki, Forum 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsində Azərbaycanın ilk beynəlxalq təşkilat təşəbbüsü olaraq təsis edilib. Mərkəzi qərərgahı İstanbulda yerləşən Forumun 2014-cü ildən sədri səfir Elşad İskəndərov daha əvvəl qurumun təsisçi Baş Katibi olub.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"