"Rusiya Ermənistanı saxlamaq niyyətində deyil"

14:40 10-05-2018 | icon 38 | Geopolitika
"Rusiya Ermənistanı saxlamaq niyyətində deyil"

"Ermənistan həmin yolla getmir və Rusiyada bu ölkədə baş verənləri daha aydın görməyə başlayırlar".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, “Analitika yuqa Rossii” nəşrinin baş redaktoru Yevgeni Mixaylov Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, N.Paşinyan çətin ki, indiki tezislərə əməl etsin, çünki bu tezislər ona Ermənistan xalqının xoşuna gəlməsi üçün lazımdır:

 

“Əgər Rusiyanın dostu Serj Sarkisyan Ermənistan xalqının yaxşı yaşaya bilməsi üçün heç nə edə bilmədisə, Ermənistanın Rusiya ilə ittifaqının pozulmasına cəhd edən qüvvələrin hakimiyyətə gətirdiyi N.Paşinyan da xalqı xoşbəxt etməyəcək. Kökəyə qonaq etdilər, yaxşı gələcək vəd etdilər, vəssəlam”.

 

Y.Mixaylov qeyd edib ki, Ermənistanda baş verənləri Rusiyada getdikcə daha aydın görürlər və Ermənistan bir əldə bir neçə qarpız tutmaqla əvvəlki yolu getmir:

 

“Möcüzələr olmur: ya siz bizimləsiniz, ya da bizə qarşısınız. İndiki vəziyyətdə Rusiyadan başqa Ermənistanı dəstəkləyən olmayacaq. Bu, tarixən belə olub. Bəlkə də tarixi tərəfdaşlığı təkrar nəzərdən keçirmək vaxtı çatıb”.

 

Onun sözlərinə görə, Rusiya bundan nəticələr çıxarmalıdır və digər siyasi qərarlar, o cümlədən Azərbaycanla əlaqələrin dərinləşməsinə xidmət edən qərarlar verməlidir:

 

“Bir siyasətçi kimi, Paşinyan onu hakimiyyətə gətirənlərin tərəfində olacaq. O gah deyir ki, Qarabağı saxlayacaq, ordunu gücləndirəcək, separatçı regionları dəstəkləyəcək, gah da bildirir ki, dinc yolla nizamlanmanın tərəfdarıdır”.

 

Politoloq vurğulayıb ki, son iki əsr müddətində Rusiya Azərbaycanı etibarlı müttəfiq və tərəfdaş kimi görür, Ermənistanı isə saxlamaq niyyətində deyil.

Y.Mixaylov qeyd edib ki, siyasətdə hər zaman yeni ittifaqlar yaratmaq olar, hazırda Rusiya ilə Türkiyənin mümkün hərbi-siyasi ittifaqı barədə müzakirələr gedir:

 

“Əvvəl bunu heç kim fikrinə də gətirmirdi. Tarix göstərir ki, Rusiya hər zaman türk xalqları ilə yaxın olub. Qərb həmişə bizi Osmanlı imperiyası ilə küsdürməyə çalışıb. Hərbi-siyasi ittifaqları nəzərdən keçirmək vaxtı çatıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Türkməneli partiyasının lideri: Kərkük üzərində böyük oyunlar gedir

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Azərbaycan qadınları Dünya Qadın Sammitində

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Türkmənlər gecəni küçələrdə keçirib - FOTO

Qayıdana kimi...

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Sabah ölkə ərazisində gözlənilən hava

Məhəmməd Əmin Rəsulzadənin məktublarının təqdimatı