Heydər Əliyevin insan hüquq və azadlıqlarnın inkişafı prosesindəki rolu

16:39 10-05-2018 | icon 35 | Kürsü
Heydər Əliyevin insan hüquq və azadlıqlarnın inkişafı prosesindəki rolu

  

NƏZAKƏT MƏMMƏDOVA

/politoloq/

 

Avropalılar üçün bu gün ən aktual məsələyə çevrilmiş insan haqları tarix boyu bəşəriyyətin diqqətində olan əsas məsələlərdən biri olmuşdur. Hələ Qədim Yunanıstan və Romada filosoflar insan haqlarına xüsusi diqqət ayırsalar da, onların fəlsəfi baxışları yalnız Afina vətəndaşlarına və Roma patrisilərinə şamil olunurdu. Afinada qadınlar və qullar, Romada isə plebeylər bu h Avropada Renessans dövrü insanın azadlığı və Kilsədən asılılığı məsələləri arasındakı fərqi dinin xeyrinə olmayan şəkildə həll etdi. XVII əsrdə Almaniyada Kəndli müharibələri və bir sıra üsyanlardan sonra qəbul edilən qərarlar əhalinin müəyyən hüquqlarının təmin olunmasına səbəb oldu. 1789-cu ildə Böyük Fransa Burjua İnqilabı zamanı “Azadlıq, Bərabərlik, Qardaşlıq!” şüar Orta əsrlərdə və Yeni dövrdə Tomas Hobbs, Con Lokk, Jan-Jak Russo, Deni Didro, İmmanuel Kant kimi filosoflar insanın təbii hüquqları ideyasını irəli sürmüş və onun bir sıra vasitələrlə təmin olunmasını təklif etmişlər.

 

İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin və ABŞ-da Müstəqillik Bəyannaməsinin qəbul edilməsindən sonra insan haqları daha mühüm bir məsələyə çevrilməyə başladı. 1861-1865-ci illərdə ABŞ-da şimal və cənub ştatları arasında gedən Vətəndaş Müharibəsindən sonra Şimalın qalib gəlməsi köləliyə birdəfəlik son qoydu. Bu ölkənin Konstitusiyasına edilən 13, 14 və 15-ci düzəlişlər məhz insan hüquqlarına həsr olunmuşdur.

XIX əsrdə sənayeləşmənin sürətlənməsi ilə əlaqədar işçilərin əmək hüquqlarını müdafiə edən həmkarlar ittifaqları insan hüquqları məsələsinə xüsusi önəm verirdilər. Bu dövrdə qadın hüquqları, müstəmləkələrin azad olunması məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başladı.

 

İki Dünya Müharibəsi arasındakı 1919-1939-cu illərdəki iyirmi illik dövrdə fəaliyyət göstərən Millətlər Cəmiyyəti bu sahədə müəyyən işlər görsə də, lakin 1945-ci ildə Müttəfiq Dövlətlərin Yalta konfransından sonra təsis edilmiş BMT müasir dövrdə insan hüquqlarının qarantı olan əsas təşkilatdır. BMT daxilində iki qurum - Baş Assambleya və Təhlükəsizlik Şurası insan hüquqlarının beynəlxalq miqyasda təmin olunmasını həyata keçirirlər. BMT Baş Assambleyası yanında fəaliyyət göstərən İnsan Haqları üzrə Ali Komissarlıq bu məsələ ilə əlaqədar Assambleya qarşısında məruzə edir və əgər hər hansı bir qanunazidd hallar baş vermişsə, BMT qərarlarının icrasını güc yolu ilə həyata keçirməyə səlahiyyəti olan yeganə orqan - Təhlükəsizlik Şurası bu barədə məlumatlandırılır. O, insan hüquqlarını pozan dövlətə qarşı sanksiyalar tətbiq etməkdən başlamış, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməyə qədər müxtəlif cəza üsulları tətbiq edə bilər.

 

Baş Assambleya tərəfindən 1948-ci il dekabr ayının 10-da qəbul edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, “İrqi-ayrı seçkiliyin bütün təzahürlərinin ləğvi”, “Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi”, “İşgəncələr əleyhinə konvensiya”, “Uşaq hüquqları konvensiyası”, “Miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının qorunması haqda konvensiya”  BMT-nin bu sahədəki fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi sənədlərdir.

 

Soyuq müharibədən sonra birqütblü dünya nizamının yaranması beynəlxalq münasibətlər sistemində çox böyük dəyişikliyə səbəb olmuşdur. 1648-ci ildə Vestfaliya müqaviləsinin imzalanmasından sonra dövlətlər bir-birlərinin daxili işlərinə qarışmamaq və suvernlik hüquqlarına hörmət etmək barədə öhdəlik götürsələr də, hazırda bəzi dövlətlər tərəfindən insan hüquqlarının pozulmasının qarşısını almaq üçün humanitar müdaxilə prinsipi beynəlxalq münasibətlərdə aktuallıq kəsb etməkdədir. Məhz ABŞ və bir sıra ölkələr öz müdaxiləçi xarici siyasətlərini əsaslandırmaq üçün çox zaman bu prinsipə istinad edirlər.

 

Bu sahədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, Human Rights Watch, Freedom House, Amnesty International təşkilatları xüsusi fəallıq nümayiş etdirirlər. Onların araşdırmalarına görə, insan hüquqlarının pozulmadığı ölkələr sırasına Niderland, Norveç, Danimarka, İslandiyanı aid etmək olar.

 

BMT Nizamnaməsi bir sıra hallarda dövlətlərə insan hüquqlarını məhdudlaşdırmaq səlahiyyəti versə də, lakin hüququn jus cogens normaları vardır ki, heç bir halda onların məhdudlaşdırılmasına yol verilmir. Yəni, təcavüzkar müharibə, soyqırımı, dəniz quldurluğu, köləlik, işgəncə hərəkətlərinə  yol verilməsinə heç bir şərtlər daxilində icazə verilmir.

Ombudsman və ya İnsan hüquqları üzrə müvəkkil təsisatı insan hüquqlarının ayrılmaz tərkib hissəsidir. İlk dəfə bu vəzifə Skandinaviya ölkələrində təsis olunmuşdur. Qədim Romada plebeylərin hüquqlarını müdafiə edən Xalq tribunları müasir ombudsmanın səlahiyyətlərinə alternativ səlahiyyətlər həyata keçirirdilər. 1713-cü ildə uzun müddət Türkiyədə səfərdə olan İsveç kralı XII Karl İsveç Parlamentində ombudsman təyin etmiş və həmin şəxs ölkədə kral səlahiyyətlərinin həyata keçirilməsinə nəzarət etmişdir. Kralın ölkədə olmadığı həmin müddətdə öz vəzifələrini layiqincə həyata keçirməyən şəxslər Ombudsmanın göstərişinə əsasən vəzifələrindən uzaqlaşdırılırdılar.

 

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda insan hüquqlarının inkişafı sahəsində xeyli irəliləyişlər baş vermişdir.

1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi – referendumla qəbul edilmiş Azərbaycan Respublikası konstitusiyasında əsas insan hüquqları və azadlıqları məsələsinə xüsusi yer ayrılmışdır. Burada insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri öz əksini tapmışdır. Burada bərabərlik hüququ, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, əmək, istirahət, sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət, sağlamlığın qorunması, təhsil, milli mənsubiyyət, ana dilindən istifadə, şərəf və ləyaqətin müdafiəsi, sərbəst toplaşmaq, fikir və söz azadlığı, vicdan, yaradıcılıq, məlumat azadlığı, vətəndaşlıq hüquqları öz əksini tapmışdır. Bundan başqa cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, dövlətin idarə olunmasında iştirak, seçki hüququ, birləşmək, azad sahibkarlıq hüququ, hüquqi yardım almaq, məhkəməyə müraciət etmək hüquqları təsbit olunmuşdur. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları, siyasi sığınacaq hüququ da konstitusiyada özünə yer almışdır.

 

Azərbaycanın Avropa Şurasına üzv olması ilə əlaqədar ölüm hökmünü aradan qaldırması da atılan humanitar addımlar sırasına daxildir. Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-də Avropa Şurasına qəbul edildikdən sonra dövlətimizin öz hüquq sistemini Avropa hüquq məkanına uyğunlaşdırması prosesinə başlanılmış və İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması zərurəti meydana gəlmişdir. Azərbaycanda Ombudsman təsisatı 2002-ci il iyul ayının 02-də yaradılmışdır. O, öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyaları, habelə dövlətdaxili insan hüquqlarına dair bir sıra qanunları əsas götürür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib