İslam Dünyasında innovativ və texnoloji həmlə

15:52 11-05-2018 | icon 24 | Cəmiyyət
İslam Dünyasında innovativ və texnoloji həmlə

 

Rusiya Federasiyası, Tatarstan Republikasının paytaxtı Kazan şəhərində İƏT Gənclər Forumu və Tatarstan Hökuməti tərəfindən bu il 4-cüsü təşkil olunan “İƏT ölkələri Gənc İş Adamları Beynəlxalq Forumu”nun dünən, 10 may tarixində, təntənəli açılış mərasimi olub.

 

İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, bu Forum, İƏT ölkələrində gənclər arasında innovativ layihələrin və Startapların təşviqi, təlimi, maliyyələşdirilməsi və sonrakı inkişafının dəstəklənməsi məqsədilə 4-cü ildir ki, İƏT Gənclər Forumunun dəstəyi, Tatarstan Hökumətinin partnyorluğu və İƏT ölkələrindən olan innovativ mərkəzlərin iştirakı ilə yüzlərlə gənc iş adamlarının irəli sürdüyü layihələrin cəlb olunduğu beynəlxalq Platformaya çevrilib.

 

Bu il Foruma müxtəlif ölkələrdən online olaraq 1000-ə yaxın innovativ layihə daxil olub. Onların arasından 26 ölkəni təmsil edən 50 ən yaxşısı və uğurlusu seçilərək Forumda təqdimat və araşdırması həyata keçirilib, maliyyələşmə üçün investorlara təqdim edilib. 6 gün davam edən Forum zamanı eyni zamanda İƏT ölkələrindən dəvət olunmuş yüzlərlə gənc iş adamları və startap layihələri müəllifləri üçün təlimlər, iş adamları ilə görüşlər, praktiki panellər, informativ vorkşoplar təşkil olunmuş, bununla onların gələcək inkişafı və innovativ layihələri üçün dəstək göstərilib.

 

Forumun açılış mərasimində Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov, İslam Əməkdaşlıq Təşkilatı Baş Katibi Yusif əl Useymin, İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov, Tatarstanın Sələt Gənclər Hərəkatının sədri Timur Suleymanov çıxış ediblər.

 

Prezident Rüstəm Minnixanov bu Forumun 4-cü ildir ki, davamlı və inkişaf edərək fəaliyyət göstərməsini təqdir edərək İƏT Gənclər Forumunu təbrik edib, Tatarstanın “İnnopolis” Yüksək Texnologiyalar şəhərinin bütün imkanlarının bu Forumun bundan sonra da inkişafı üçün təqdim edə biləcəklərini bildirib.

 

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov 4 ildir uğurla davam edən bu təşəbbüsün əsas hədəflərinin islam ölkələrində gənclər arasında işsizliyin azaldılması, bu gənclərin beynəlxalq rəqabət şəraitində təsirli yer tutması olduğunu vurğulayıb. O, bu il sentyabr ayında İslam Dünyasında ilk dəfə İstanbulda İƏT Gənc İş Adamları Beynəlxalq Sərgisinin keçiriləcəyini və bu sərgidən gözləntilərin də böyük olacağını, belə təşəbbüslər vasitəsilə gənclər arasında texnoloji və innovativ irəliləyişin baş verəcəyinə inamını da ifadə edib.

 

Qeyd edək ki, 4 ildə bu platforma vasitəsilə müxtəlif ölkələrdən minlərlə layihə cəlb olunmuş, yüzdən çox layihə bilavasitə Kazan Forumu zamanı investorlar tərəfindən maliyyələşdirilmiş, yüzlərlə gənc iş adamı beynəlxalq trenerlərin iştirakı ilə müvafiq intensiv təlimlərdən faydalanaraq başqa platformalarda öz layihələrinə investorlar cəlb edə bilmişlər. Bu illərdə Kazan Forumunda Azərbaycandan da olan gənc iş adamları iştirak etmiş, onların bəzisi öz layihələri üçün müxtəlif beynəlxalq platformalarda investorlardan böyük həcmdə vəsait cəlb edə bilmişlər.

 

Bu ildən Kazan Gənc İş Adamları Forumuna Pakistanın məşhur “Crorona Ka” investisiya şirkəti də partnyor olaraq qoşulmuşdur.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışdılar