Yerli startapların Silikon Vadisinə mütəmadi səfərləri təşkil olunacaq

13:55 14-05-2018 | icon 93 | İqtisadiyyat
Yerli startapların Silikon Vadisinə mütəmadi səfərləri təşkil olunacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Amerika-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, memoranduma əsasən, iki qurum arasında uzunmüddətli və strateji əməkdaşlıq üçün yol xəritəsi tərtib olunacaq. Amerika-Azərbaycan Ticarət Palatası Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startap layihələrinə investisiyaların cəlb olunmasına, ABŞ-dakı vençur fondlar ilə əməkdaşlığa, Azərbaycanda fəaliyyət göstərən yerli İKT şirkətlərinin proqram təminatlarının, texnoloji həllərinin və xidmətlərinin ABŞ bazarına çıxarılmasına dəstək göstərəcək.

 

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində “Google”, “Lenova”, “Nutanix”, ABŞ Texnologiya və İnvestisiya Mərkəzi, ABŞ Dövlətinin İnvestisiya Şirkətinin rəhbərləri ilə görüşlər keçirilib.

“Lenova” şirkətinin vitse-prezidenti Roderik Lapin ilə görüşdə Yüksək Texnologiyalar Parkının nəzdində R&D laboratoriyasının yaradılması, inkubasiya proqramı və “Lenova Vençur Proqramı”nın imkanlarının Azərbaycanda fəaliyyət göstərən startaplara təqdim olunmasına dair ilkin razılıq əldə olunub.

 

ABŞ-ın aparıcı “Nutanix” şirkətinin rəhbəri ilə də görüş keçirilib. “Nutanix” şirkətinin təsisçisi və prezidenti Sudhiş Nayer Yüksək Texnologiyalar Parkının və Azərbaycanda ali təhsil müəssisələrindən birinin tərəfdaş olaraq seçilib təhsil və elmi mübadilə proqramına cəlb olunmasını, akademiyanın yaradılmasını, yerli startapların Silikon Vadisinə mütəmadi səfərlərinin təşkil olunmasını təklif edib.

ABŞ-ın Beynəlxalq İnvestisiya Şirkəti olan OPİC-in kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi proqramının direktoru Tara Bleyk ikitərəfli görüşdə Azərbaycanda yüksək texnologiyalar sahəsində investisiya və maliyyələşdirmə layihələrində maraqlı olduqlarını bildirib. Görüşdə cari il ərzində Yüksək Texnologiyalar Parkında OPİC şirkəti ilə birlikdə yerli şirkətlər üçün investisiya imkanlarına dair informativ sessiyanın keçirilməsi ilə bağlı razılıq əldə olunub.

 

Daha bir görüş İnnovativ Texnologiyalar Mərkəzinin İnvestisiyalar üzrə direktoru Marko Rubin ilə keçirilib. Bu görüşdə Yüksək Texnologiyalar Parkı ilə birgə layihələrin həyata keçirilməsi, yerli startaplara investorların cəlb olunmasında konsultasiya xidmətlərinin göstərilməsi müzakirə olunub.

Xəbər lenti

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

Qənirə Paşayeva: “Hələ 100 il əvvəl Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib”

“Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər” - TƏLƏB

“Bu faktlar Rüstəm İbrahimbəyovun riyakarlığından xəbər verir”

rüstəm ibrahimbəyovun stpir-plastikası

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

"İnana bilmirəm ki, Maqsud İbrahimbəyov kimi bir insanın bu cür ermənipərəst qardaşı olsun"

Fuad Əliyev Cümhuriyyət ilini Nəsir Ağayevlə qeyd edib

Şanlıurfada Azərbaycan bulvarı açılır

“İkinci turda Ərdoğanın qarşısına Meral Akşener çıxarsa...” - MÜSAHİBƏ

"Müharibəyə hazır olun!" əmri

Tanınmış siyasətçilərin xaricdə yaşayan övladları - SİYAHI

“QIZIL ADAM” BAKIDA

"Gürcüstanla bağlı məsələlərdə daha aydın mövqe sərgilənməsinə ehtiyac var"

“Kəfənli etiraz aksiyasının bütün türkmənlər arasında yayılması gözlənilir”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

“eManat” pulun qalığını qaytaracaq