“Qəhrəmancasna” bəyanatlar vermək Ermənisatanı mürəkkəb vəziyyətdən çıxaran deyil”

16:43 14-05-2018 | icon 181 | Geopolitika
“Qəhrəmancasna” bəyanatlar vermək Ermənisatanı mürəkkəb vəziyyətdən çıxaran deyil”

 

Fikrət Sadıqov: “Nə Avropa Şurasına, nə Rusiyaya, nə Amerikaya güvənməməliyik, artıq 25 illik müddət bunu təsdiq elədi”

 

“Yeni hökumət Dağlıq Qarabağ problemini həll etməsə, yenidən itkilərlə qarşılaşacaq. Burda növbəti aprel hadisələri də istisna deyil. “Qəhrəmancasna” bəyanatlar vermək Ermənisatanı mürəkkəb vəziyyətdən çıxaran deyil”.

 

Bunu Versus.Az-a politoloq Fikrət Sadıqov regionun geosiyasi mənzərəsini zəbt edən Ermənistan və Rusiya münasibətləri, Rusiyanın Ermənistan üzərindəki nüfuzunu saxlamaq üçün öz variantlarını işə salması və Putinin yeni hökumətə qarşı oynaya biləcəyi "kartlar" arasında Qarabağ məsələsinin dayanması ətrafında verdiyi şərhində bildirib.

 

Qeyd edək ki, hazırda guya Nikol Paşinyanın Qərbə meyillənmiş siyasəti Kremli narahat etməyə başlayıb. Üstəgəl, yeni baş nazirin Azərbaycana yönəlik sərt bəyanatlar verməsinin də Kremlin dəsti-xətti olmadığı müzakirə edilir. Politoloq Fikrət Sadıqov bildirib ki, Paşinyan ziddiyyətli şəxsddir:

 

“O, ömrü boyu müxalifətdə olub və hakimiyyətə qarşı çıxış edib. Paşinyan siyasi təcrübəsi olmayan bir insandır. Onun Qarabağ və Avropa ilə bağlı mətbuatda yer alan ziddiyyətli bəyanatlarını hazırda apponentləri onun üzünə dururb xatırladırlar”.

 

Politoloq bildirib ki, Paşinyan Avropayönümlü addımlar atsa da, onun istəyinə asanlıqla nail ola biləcəyi istisnadır:

 

“Rusiya ilə müqayisədə Ermənistanla Avropa arasında olan məsafə çox uzaqdır. Rusiyanın Ermənistanda baş verənlərə sakit yanaşması təsdiq edir ki, yeni hakimiyyət onu narahat etmir. Rusiya başa düşür ki,  Ermənisatan onun orbitindən çıxan deyil və bir forpost dövləti kimi fəaliyyət göstərəcəkdir”.

 

F.Sadıqov hesab edir ki, əgər Paşinyan Sarkisyan rejiminə qarşı çıxış edərək ölkənin ağır durumu və Qarabağla bağlı onu tənqid edibsə, deməli alternativ təkliflər irəli sürməlidir:

 

“Ermənistan yoxsul vəziyyətdən çıxmaq üçün yeni bir addım atmalıdır. Yox, yeni hökumət Sarkisyanın kursunu davam etirəcəksə, o zaman yenə də problemlərlə üzləşəcəklər”.

 

Politoloq Paşinyanın Dağlıq Qarabağla bağlı reallıqdan uzaq olan sərsəm bəyanatlarının, o cümlədən Xankəndində keçirdiyi görüşlərdə Azərbaycana qarşı etdiyi çıxışların daha çox daxili auditoriyaya hesablandığını bildirib:

 

“Ermənisatan ərazilərimizi işğal etsə də, heç nəyə nail olmayıb. Heç bir dövlət Qarabağı tanımır. Beynəxalq hüququ bizim tərəfdədir. Hər halda Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərin geri qaytarılması ilə bağlı qəbul olunan qətnamələr Azərbaycanın maraqlarına cavab verir. Bu reallıqdır. Paşinyan sərsəm bəyanatlar vermək əvəzinə düşdükləri vəziyyətdən çıxış yolları axtarmalıdır. Paşinyan Sarkisyan hakimiyyətinin apardığı siyasəti davam etdirərsə, bizim öz torpaqlarımızı azad etməyə tam hüququmuz var. Biz bu məsələdə heç kəsə arxalanmamalıyıq. Əgər biz hərbi potensialımızı gücləndiririksə və  kifayət qədər iqtisadi potensialımız varsa, Ermənistanın hərbi təxribatlarına cavab verərək torpaqlarımızı azad etmək istiqamətində addımlar ata bilərik. Nə Avropa Şurasına, nə Rusiyaya, nə Amerikaya güvənməməliyik. Artıq 25 illik müddət bunu təsdiq elədi”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Gəncədə baş verən hadisələri pisləyir - BƏYANAT

"Həmin şəxslər qanun qarşısında cavab verəcəklər"

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - Elçin Alıoğlunun yazısı

"Baş verənlər dövlətçiliyimizə qarşı yönəlmiş provokasiyadır"

XİN bəyanat yayıb

Ətraf mühiti pozanlarla bağlı 21 iş

"Dövlətimizin yanında olmalıyıq"

"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

Ermənilər atəşkəsi 81 dəfə pozdu

"Süni əngəl və maneələrə yol verilməməlidir"

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

Turist axınının artımı gözlənilir

AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

"Bu, əsl erməni həyasızlığı idi"

“Cümhuriyyət üçün yaz” - MÜSABİQƏNİN QALİBLƏRİ