Böyük Britaniya kraliçasına Qarabağ atları üzərində şou

12:43 15-05-2018 | icon 120 | Gündəm
Böyük Britaniya kraliçasına Qarabağ atları üzərində şou

May ayının 10-13 tarixlərində Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan “Royal Windsor Horse Show” adlı tədbirdə xalqımızın mədəni sərvəti olan Qarabağ atları üzərində hazırlanmış “Od­lar Yurdu – Azərbaycan” adlı möh­təşəm şou-proqram tədbir izləyicilərinə nümayiş etdirilib və böyük rəğbətlə qar­şılanıb.

 

Versus.Az xəbər verir ki, 84 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti tərəfindən hazır­lanmış möhtəşəm bədii kompozisiya tədbir izləyicilərinin diqqət mərkə­zində olub, kütləvi informasiya vasitələrində və sosial mediada geniş işıqlandırılıb.

Bu il 75 illik yubileyini qeyd edən “Royal Windsor Horse Show” atçılıq tədbirində Azərbaycan nümayəndə heyətinin 2012-ci ildən işti­rak etməsi nəticəsində tamaşaçılar vətənimizin mərdlik, igidlik, şücaət simvollarından olan Qara­bağ atına valeh olub.

Təsadüfi deyil ki, 1956-cı ildə II Elizabetə hədiyyə olunan ilk Qara­bağ atı – “Zaman” Böyük Bri­taniyada Azər­baycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.

 

“Odlar Yurdu – Azərbaycan” adlı bədii kom­pozisiyada əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun ecazkar musiqi müşa­yiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisi Qarabağ atlarının belində inanılmaz və möhtəşəm atçılıq məharəti nümayiş etdiriblər.

Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi 12 dəqiqəlik proqramda əmək­dar artisti Nailə Məm­mədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs an­samblı, alov püskürən fa­kirlər qrupu və iki gənc rəssam öz baca­rıqlarını göstəriblər.

12 may 2018-ci il tarixində Azərbaycan nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşmüş və Qarabağ atının tuncdan hazırlanmış heykəlini rəsmi hədiyyə olaraq təqdim edib.

Xəbər lenti

"Bu film onun yaradıcılıq bioqrafiyasında qara ləkə olaraq qalacaq"

"Film Rüstəm İbrahimbəyovun erməni ünsürlərlə əlbir olduğunu göstərir"

"Azərbaycan tarixini yaşadanlar" “Talk TV”-nin təqdimatında

İlham Əliyev əfv sərəncamı imzalayıb

Dövlət bayrağı hökumətə təqdim olunub

Müəllimlərin diaqnostik qiymətləndirməsində 20 min nəfər iştirak edəcək

Yeni sanksiyalar tətbiq olunacaq

200 manatlıq əskinasların dövriyyəyə buraxılması tənqid edili

"Bu ilin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq"

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

“Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər” - TƏLƏB

“Bu faktlar Rüstəm İbrahimbəyovun riyakarlığından xəbər verir”

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

rüstəm ibrahimbəyovun stpir-plastikası

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

“eManat” pulun qalığını qaytaracaq

Artıq marixuana çəkənlər həbs olunmayacaq

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”