Azərbaycan Xalça Muzeyi Varşavada sertifikata layiq görülüb

16:03 16-05-2018 | icon 100 | Mədəniyyət
Azərbaycan Xalça Muzeyi Varşavada sertifikata layiq görülüb

Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova 9-12 may tarixlərində Polşanın Varşava şəhərində Beynəlxalq Muzey Forumunun “Avropanın ən yaxşı muzeyi 2018” mükafatı üçün təşkil etdiyi müsabiqə çərçivəsində keçirilən “Muzey innovasiyaları” konfransında Azərbaycan Xalça Muzeyini təmsil edib.

 

Versus.Az xəbər verir ki, tədbir Avropa Muzey Forumu (EMF), Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi, İctimai Kolleksiyalar və Muzeylər üçün Milli İnstitut, Avropa Şurası və Polşa Muzeyinin birgə təşkilatçılığı ilə Varşavanın Polşa Yəhudilərinin Tarixi Muzeyində keçirilib.

 

“Avropanın ən yaxşı muzeyi 2018” mükafatına 40 namizəd muzey arasında Azərbaycan Xalça Muzeyi ilə yanaşı, Böyük Britaniya, Türkiyə, İsveç, Hollandiya, Rusiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Latviya, Estoniya, Andorra, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, İrlandiya, Macarıstan, Yunanıstan və Finlandiya muzeyləri olub.

 

Foruma çox kiçik - cəmi iki işçisi və iri – il ərzində 3 milyona qədər ziyarətçisi (tamaşaçısı) olan 40-a yaxın muzey qatılıb. Xalça Muzeyinin təqdimatı ən yaxşı, parlaq və yaddaqalan təqdimatlardan biri kimi qəbul olunub. Azərbaycan Xalça Muzeyi “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub. Bu barədə danışan muzeyin direktoru Şirin Məlikova bildirib ki, bu gün muzeylərin əsas fəaliyyəti cəmiyyətlə işləmək və əhalinin müxtəlif təbəqələrini muzeylərə yalnız ziyarətçi qismində deyil, həm də muzey həyatının iştirakçıları qismində cəlb etməkdir və yerli şərtlərə uyğun olaraq hər muzey bu məsələni öz bildiyi kimi həll edir:

“Biz bu gözəl təcrübəni mənimsəməliyik və cəmiyyətin hər üzvü burada nəsə öyrənib təcrübə qazanmalı, özünü muzey həyatının, fəaliyyətinin bir hissəsi kimi hiss etməlidir".

"Avropanın ən yaxşı muzeyi" (EMYA) mükafatı Avropa Muzey Forumunun (EMF) əsas layihəsidir. Avropa Muzey Forumu muzeydə innovasiyanı təşviq etmək, Avropada qabaqcıl peşə təcrübəsi və fikir mübadiləsini asanlaşdırmaq üçün xeyriyyə fondu kimi Böyük Britaniyada qeydə alınmış müstəqil qeyri-kommersiya təşkilatıdır. EMF Avropa Şurasının himayəsi altında fəaliyyət göstərir və Avropa muzeylərinin sosial keyfiyyətinin inkişaf etdirilməsinə yönəlmiş aparıcı Avropa qurumlarından biridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib