"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

16:40 16-05-2018 | icon 98 | Siyasət
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

 

Versus.Az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib:

 

"Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Şərur şəhərinin içməli su problemi öz həllini tapıbdır. Gözəl, əlamətdar hadisədir. Mənə verilən məlumata görə, bir neçə kənd də indi içməli su ilə təmin olunur. Bu, çox vacib sosial layihədir. Naxçıvanın hər bir şəhərində içməli su-kanalizasiya layihələri icra edilir. Artıq Şərur Naxçıvan, Culfa, Şahbuz şəhərlərindən sonra dördüncü şəhərdir ki, bu məsələ öz həllini tam tapıbdır.

Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrlərdə içməli su məsələsi həmişə çox ciddi problem kimi insanları narahat edirdi. Ancaq bu gün Şərur şəhərinə tam təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilibdir. Digər şəhərlərdə layihələr icra edilir və icra ediləcək".

 

İlham Əliyev bildirib ki, yaxın gələcəkdə Naxçıvanın bütün şəhərlərinin içməli su-kanalizasiya layihələri tam başa çatacaq:

 

"Bu, ölkəmizin gücünü, qüdrətini, bizim sosial siyasətimizi göstərir. Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir".

 

Prezident deyib ki, Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülübdür, xəstəxanalar, məktəblər tikilibdir, içməli su və digər infrastruktur layihələri icra edilir:

 

"Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər bir yerdə həll edirik. Azərbaycanın hər bir yerində içməli su-kanalizasiya layihələri icra edilir və qarşıya vəzifə qoyulubdur ki, bütün şəhərlərin su şəbəkəsi, kanalizasiya xətləri yenidən qurulsun. İşlərin böyük əksəriyyəti demək olar ki, öz həllini tapıbdır. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu işlərə böyük diqqət göstərilir və beləliklə, bu önəmli sosial məsələ öz həllini tapmış olur.

Sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib