Azərbaycan qadınları Dünya Qadın Sammitində

20:06 16-05-2018 | icon 445 | Cəmiyyət
Azərbaycan qadınları Dünya Qadın Sammitində

 

Qarabağ və köçkün qadınlardan danışdılar

 

 

Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını Ümumdünya Qadın Sammitinində müxtəlif panellərdə fəal iştirak edərək Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı geniş danışıblar və fikir mübadilələrində aktiv iştirak ediblər.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycanda təhsildə, səhiyyədə, elmdə, iqtisadiyyatda, ictimai-siyasi həyatda, biznesdə, qeyri-hökumət sektorunda qadınların rolunun getdikcə artdığının vurğulandırğı çıxışlarda qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulanıb və gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyi bildirilib.

 

Panellərdə müzakirələr zamanı Qənirə Paşayeva, İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova sammit çərçivəsində ölkəmizlə bağlı geniş məlumatlar verməklə yanaşı, bir çox ökələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşüblər. Onlar Ermənistanın işğalçılıq siyasəti barədə də danışaraq qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə məlumatlar veriblər.

 

Millət vəkili Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadını sammit çərçivəsində Çin, Vyetnam, Monqolustan, Avstraliyanın nümayəndə heyətləri ilə də görüşüblər və onlara Azərbaycanla, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətlərindən bəhs ediblər. Müxtəlif ölkələrdən olan nümayəndə heyətlərinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətlərinə dair materialları təqdim ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qafqaz üçlüyü”nə VS yanaşma

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Şanlıurfada Azərbaycan bulvarı açılır

Millət vəkili Beynəlxalq Altın Göl Başarı mükafatına layiq görülüb

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

rüstəm ibrahimbəyovun stpir-plastikası

"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Ali məktəblər kollec təhsili də verə biləcəklər

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

“eManat” pulun qalığını qaytaracaq

Ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib