Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

10:00 18-05-2018 | icon 781 | Sağlamlıq
Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

1990-cı illərin qanlı-qadalı günləri idi. Qoynunda doğulub-böyüdüyümüz Laçın rayonu işğal olunmuşdu. Yurd-yuvamızdan didərgin düşüb ölkənin dörd bir yanına səpələnmişdik. Biz o zamanlar Beyləqanda məskunlaşmışdıq. 1995-ci ildə dədəm ağır xəstələndi. Hara üz tutsaq da dərdinə əlac tapa bilmədik. “Aşıq üz tutan yerə” deyib dədəmi Qaxa, Əfqan həkimin yanına apardıq. Həmin vaxta qədər haqqında çoxlu əhvalatlar eşitdiyim, ancaq özünü görmədiyim Əfqan həkimi ilk dəfə həmin gün görmək nəsib oldu mənə.



Asta yerişli, həlim danışıqlı, nurlu siması olan bir insan idi Əfqan həkim!

Əfqan həkim haqqında rəhmətlik dədəmlə çox söhbət edərdik. Dədəm deyərdi ki, Əfqan həkimin atası rəhmətlik Novruz kişi nəinki Laçında, bütün Qarabağda tanınan olduqca mərd və əliaçıq insan idi. Əfqanı hələ uşaqlıqdan təhsil alması üçün Mingəçevirə əmisigilə göndərmişdi. Tibb İnstitutunda oxuyarkən həmişə deyərmiş ki, mən səni bu camaata xidmət edəsən deyə oxuduram. Ona nəsihət edərmiş ki, kəndlərdə həkim azdır, hamısı da rayon mərkəzindən uzaqdır, ola bilər ki, bir gecədə səni on dəfə çağırarlar, nə xəstənin kim olduğunu, nə də, hansı kənddən olduğunu soruşma. Və heç kəsdən də pul umma.



Elə də olur. Əfqan həkim Tibb İnstitutunu bitirib bir müddət Bakıda işlədikdən sonra hərbi xidmətə gedir. Gürcüstanda həbri həkim işləyir. Atası vəfat etdikdən sonra Laçına, Şamkəndə qayıdır. Atasının bütün nəsihətlərinə sadiq qalır. Qısa zamanda savadlı bir həkim və yaxşı bir insan kimi Laçında ad çıxarır. Onun yanına nəinki Laçının kəndlərindən, eləcə də qonşu rayonlardan xəstə gətirərmişlər. Tək mən yox, bütün el şahiddir ki, nəinki rayon mərkəzindən hətta Bakıdan belə ümidsiz qayıdaraq ölmünü gözləyən neçə xəstəni Əfqan həkim müalicə edərək ölümün pəncəsindən xilas edibdir.

Dədəm deyərdi ki, sərt qış günlərinin birində Laçının Qorçu kəndində ağır xəstə olur. Əfqan həkimin arxasınca adam göndərirlər. Yolların bağlı olduğu üçün atla gəlir. Əfqan həkim kəndə çatanda rəhmətlik Camal kişi deyir, Əfqan mən qoymadım ölə, qoyma nə uşaq, nə də gəlin ölsün. Elə də olur, Əfqan həkim gəlini və əkiz uşaqları xilas edə bilir. Bax belə həkim idi Əfqan həkim.

Laçında kiçikdən-böyüyə hamı onu tanıyırdı. Ona bir el adamı kimi dərin hörmət və ehtiram bəsləyərdilər.



Tale elə gətirdi ki, 1997-ci ildə Qaxa köçdük. Əfqan həkimin işlədiyi Xəstəxananın yaxınlığında olan Zəyəm kəndində məskunlaşdıq. O vaxtdan Əfqan həkimlə sıx-sıx görüşürdük. 

Əfqan həkim xatirimdə vətəninə, onun insanlarına dəyər verən, təmiz qəlbli, qürurlu və fərqli bir insan kimi qalıb. Onu fərqli edən xəstələrindən heç vaxt heç nə istəməməsi və heç nə ummaması idi.



Əfqan həkim həm də gözəl həmsöhbət idi...



Universitetdə oxuyarkən bərk xəstələnmişdim, hara getdimsə hər yerdə bir diaqnoz qoydular. Müalicələr effekt vermədi. Əfqan həkimin yanına getdim. Məni müayinə edib evə getməyə qoymadı. Telefonunu verib dedi ki, Məhəmməd evə zəng edib xəbər ver, xəstəxanada qalıb müalicə almalısan. Sabah məktəbə getməli olduğumu desəm də özünəməxsus tərzdə “az danış, sağalanda gedərsən ”- dedi. 

7 gün xəstəxanada yatdım. Həmin 7 gün müddətində onunla həmsöhbət olmaq və daha yaxından tanımaq şansım oldu. Müxtəlif mövzularda söhbətlər edirdik. Geniş dünya görüşünə malik, intellektual bir insan idi. Boş vaxtlarında onu hər zaman mütaliə edən gördüm. Müalicə qurtarandan sonra Əfqan həkimlə sağollaşıb ayrılanda “Dərslərini yaxşı oxu, elmin nə olduğunu yaxşı bilirsən”, dedi.

Heç vaxt yadımdan çıxmaz 1998-ci ilin yazı idi. Qax rayonunun Fıstıqlı kəndində məskunlaşan xalamgilə gedirdim. Avtobus Əfqan həkimin işlədiyi xəstəxanasının yanında dayanacaqda dayananda, Əfqan həkim də avtobusa mindi. Avtobusda nə qədər adam var idi qadınlı-kişili, uşaqlı-böyüklü, hətta qoca bir kişi əsaya söykənərək ayağa qalxdı və Əfqan həkim salam verib oturmayınca, heç kim oturmadı. Heyrət məni bürümüşdü. Qeyri ixtiyari olaraq gözlərim dolmuşdu. Öz yurd-yuvasından didərgin düşərək pənah gətirdiyi Qax rayonunun insanları tərəfindən bu qədər dərin hörmət, ehtiram və sevgi qazanmış bu insanla bir eloğlusu kimi qürur duyurdum.



Yazımın əvvəlində dediyim “el adamı” bu demək idi. Bu hörməti, bu rəğbəti, bu məhəbbəti heç kim ona verməmişdi, o özü qazanmışdı. Sənətini gözəl bilən, sevərək yerinə yetirən və peşəsindən zövq alan bir həkim, insanlara mərhəmətlə, sevgiylə yanaşan bir insan idi.



Bir dəfədə xəstəxananın yanından keçəndə döndüm ki, həkimlə görüşüm, kabineti bağlı idi. İş yoldaşlarından harada olduğunu soruşdum, dedilər bir müddətdir xəstədir işə gəlmir. Evə gedib dədəmə Əfqan həkimin xəstələndiyini dedim. Dedi bilirəm. Soruşdum ki, gedib hal-əhval tutmusanmı? Dədəmin gözləri doldu, kədərlə, "Yox ay bala, həkimin vəziyyəti ağırdır, onu o vəziyyətdə görmək istəmirəm." - dedi.

Həkimin xəstələnməsi, sağalmaz bir dərdə tutulması xəbəri onu tanıyan hər kəsi dərindən sarsıtmışdı.

Onun ölümü xəbərini eşidəndə dostum Şəhriyargildəydim. Daima onun anasını da müalicə edərdi. Əfqan həkimin ölüm xəbərini eşidəndə “daha mən də çox yaşamaram” dedi. Heç bir neçə ay çəkmədi ki, o da dünyasını dəyişdi.



Bəli, Əfqan həkim insanlarımızın ümid və inam yeri idi. Xatirəsi bu gün də yaddaşlarda diri qalan Əfqan həkimin ruhu qarşısında baş əyir, ona Allahdan rəhmət diləyirəm.

 

Məhəmməd Köçkün
Versus.Az

Xəbər lenti

“Millət vəkili İndoneziyada işğalçı Ermənistanın qətlə yetirdiyi körpələrdən danışıb”

Qənirə Paşayeva: “Hələ 100 il əvvəl Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilib”

“Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər” - TƏLƏB

“Bu faktlar Rüstəm İbrahimbəyovun riyakarlığından xəbər verir”

rüstəm ibrahimbəyovun stpir-plastikası

Partiya sədrindən Rüstəm İbrahimbəyovla bağlı TƏKLİF

"“Sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmir"

"Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi"

"İnana bilmirəm ki, Maqsud İbrahimbəyov kimi bir insanın bu cür ermənipərəst qardaşı olsun"

Fuad Əliyev Cümhuriyyət ilini Nəsir Ağayevlə qeyd edib

Şanlıurfada Azərbaycan bulvarı açılır

“İkinci turda Ərdoğanın qarşısına Meral Akşener çıxarsa...” - MÜSAHİBƏ

"Müharibəyə hazır olun!" əmri

Tanınmış siyasətçilərin xaricdə yaşayan övladları - SİYAHI

“QIZIL ADAM” BAKIDA

"Gürcüstanla bağlı məsələlərdə daha aydın mövqe sərgilənməsinə ehtiyac var"

“Kəfənli etiraz aksiyasının bütün türkmənlər arasında yayılması gözlənilir”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

“eManat” pulun qalığını qaytaracaq