“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

16:59 18-05-2018 | icon 168 | Siyasət
“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

 

Əlisahib Hüseynov: “AŞPA rəsmiləri bu cür yanlış və qərəzli qərar qəbul etdiklərinə görə peşiman olacaqlar”

 

 

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir sıra üzvlərə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sanskiya tətbiq etməsini beynəlxalq güclərin beynəlxalq hüququ ələ salması kimi qiymətləndirirəm.

 

Bunu Versus.Az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri vurğulayıb ki, AŞPA-nın son qərarı bunun bariz göstəricisidir:

 

“Səməd Seyidovu da məhz bu səbəbdən hədəf seçiblər. Azərbaycan nümayəndə heyətinin rəhbərinə heç bir ciddi əsas və dəlil-sübut olmadan sanksiya tətbiq etmək sadəcə və sadəcə absurddur”.

 

Bunu Azərbaycan üçün növbəti sınaq kimi dəyərləndirdiklərini qeyd edən Ə.Hüseynov bildirib ki, AŞPA rəsmiləri bu cür yanlış və qərəzli qərar qəbul etdiklərinə görə peşiman olacaqlar:

 

“Azərbaycanlı parlamentarilər isə bundan sonra bütün mənəvi-siyasi dəyərlərin çeynəndiyi AŞPA məkanında daha qətiyyətli olmalı və hər an siyasi çeviklik nümayiş etdirməlidirlər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də