"Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın istifadə olunmaması problemlər yaradır"

12:24 21-05-2018 | icon 116 | Siyasət
"Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın istifadə olunmaması problemlər yaradır"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunması istiqamətində ciddi problemlər yaradır.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” adlı beynəlxalq konfransda deyib.

Ə.Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb:

 

“Bunun nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bir milyondan artıq insanın layiqli əməklə təmin olunmasının nə qədər böyük vəzifə olduğunu bilirsiniz”.

 

Baş nazirin müavini qeyd edib ki, digər tərəfdən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının istifadə olunmaması problemlər yaradır:

“Beləliklə, kənd təsərrüfatına yararlı torpaqların istifadə olunmaması faizi aşağı düşür”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

37 saylı tam orta məktəbdə SON ZƏNG

Sərdar Cəlaloğlu hiddətləndi: “O söyüşlərdən min dəfə artığı özünüzə aiddir”

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

“Ömürlük müxalifətdə qalmaq fikrim yoxdur” - MÜSAHİBƏ

"Ermənistan XİN-in bəyanatı cəfəngiyyatdır"

Müdafiə Nazirliyi VİDEO yayıb

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək"

"Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır"

75 əcnəbi qaçqın statusu alıb

"Qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

Hücum casusluq məqsədilə həyata keçirilib