"AŞPA heç bir halda öz ali dəyərlərini kiçiltməməlidir"

15:29 21-05-2018 | icon 108 | Siyasət
"AŞPA heç bir halda öz ali dəyərlərini kiçiltməməlidir"

"Hesab edirəm ki, AŞPA-nın nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir. Heç bir əsasa söykənmir və mən bunu qərəzli mövqe hesab edirəm".

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. A.Quliyev bildirib ki, hazırlanmış hesabat özü ziddiyyətlərlə doludur:

 

"Şəxsən Səməd Seyidovun korrupsiya məsələsində rolunu sübut edəcək bir dəlil yoxdur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki, AŞPA heç bir halda öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə addım atılmamalıdır".

 

Azərbaycanın AŞPA-dan çıxma ehtimalının olub-olmadığına münasibət bildirən A. Quliyev deyib ki, Azərbaycan qurumun ən fəal üzvüdür:

 

"Hesab etmirəm ki, olanlarla bağlı Azərbaycan Avropa şurasından çıxsın. Azərbaycan qurumun fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Azərbaycanın dairələrin təzyiqi altında, onların provokativ istəyi ilə öz qərarına yenidən baxmaq, AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin ki, buna cəhd edənlər var. Bu cür layihələrin arxasında duran əsas məkrli planlar odur ki, Azərbaycan və Avropa arasında münasibətlər korlansın, Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin. Nəzərə alınmalıdır ki, bu gün Azərbaycan Avropa İttifaqı və Avropanın əsas ticarət tərəfdaşıdır, Avropanın alternativ enerji ilə təmin olunmasında mühüm rol oynayır, ölkəmizdə TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi layihələr icra olunur. Belə olan halda hamıya bəllidir ki, bu məkrli işlərdə kim maraqlıdır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də