Avstraliyada Azərbaycan diaspor təşkilatları fəaliyyətlərini daha da genişləndirəcək

15:49 21-05-2018 | icon 36 | Siyasət
Avstraliyada Azərbaycan diaspor təşkilatları fəaliyyətlərini daha da genişləndirəcək

 

Qənirə Paşayeva: “Qarabağ həqiqətlərinin daha geniş yayılmasında həyata keçirdiyiniz layihələrdə hər zaman yanınızdayıq”

 

Millət vəkili Qənirə Paşayeva Avstraliyada Azərbaycan və Türkiyə diaspor təşkilatları ilə görüşüb. Görüşdə Avstraliyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak ediblər.

 

Versus.Az-ın məlumatına görə, Azərbaycan və Türkiyə həqiqətlərinin Avstraliya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan və Türkiyə diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunan millət vəkili Qənirə Paşayeva bu işdə birgə hərəkət etmənin vacibliyini qeyd edib. Bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanının Avstraliyada və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının Azərbaycanın təbliğində, Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarını sürətləndirməsi vacibdir.

 

Avstraliyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərləri görülən işlər, həyata keçirilən layhələr barədə geniş məlumatlar veriblər.

 

Q.Paşayeva onlara uğurlar diləyib və həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə geniş fikir mübadiləsi aparılıb. Millət vəkili “Qarabağ həqiqətlərinin daha geniş yayılmasında həyata keçirdiyiniz layihələrdə hər zaman yanınızdayıq” deyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də