Qarabağ konfransı keçirildi

14:05 22-05-2018 | icon 166 | Gündəm
Qarabağ konfransı keçirildi

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə bu gün XVII "Qarabağ dünən, bu gün və sabah" elmi-praktiki konfransı keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Konfrans 17 ildir ki, ildə bir dəfə Respublika Günü münasibətilə keçirilir, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Bu ilki konfransa Azərbaycan, Türkiyə, İran, Rusiya, Yaponiya, Litva və digər ölkələrdən Qarabağın tarixinə, mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinə dair məqalələr təqdim olunub, məqalələr "Qarabağ dünən, bu gün və sabah . XVII buraxılış" adı ilə kitab şəklində çap olunub. Kitabın nüsxələri konfrans iştirakçılarına təqdim olunub.

 

  Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, konfransın moderatoru, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, məqalə müəllifləri Rafiq Səfərov, Tofiq Həsənov, Rəsmiyyə Qarayeva və digərləri çıxış edərək konfransın məqsədi, qoyulan məsələlər, problemlərlə bağlı danışıb, təklif və münasibətlərini bildirib, məqalələrini təqdim ediblər. Dinlənilən məqalələr ətrafında müzakirələr keçirilib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də