Şanlıurfada Azərbaycan bulvarı açılır

15:28 23-05-2018 | icon 342 | Cəmiyyət
Şanlıurfada Azərbaycan bulvarı açılır

 

Qənirə Paşayeva bu addımın bütün türk dünyası bölgələri üçün gözəl örnək olduğunu deyib

 

 

"Beynəlxalq Atın Göl Başarı" mükafatının təqdimolunma mərasimində iştirak etmək üçün Vanda səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Şanlıurfa Böyükşəhər bələdiyyə başçısı Nihat Çiftçi ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi millət vəkili Q.Paşayevanın Şanlıurfaya ziyarəti zamanı Şanlıurfada Azərbaycan adını daşıyan bir bulvar, mərkəzi küçənin açılması ilə bağlı xahişinin yerinə yetirildiyini və bu günlərdə Azərbaycan bulvarının açılması xəbərini verib. Q.Paşayeva Şanlıurfa bələdiyyə başqanına bu duyarlılığına görə təşəkkürünü bildirib və bu addımın bütün türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib. Millət vəkilinin Şanlıurfada Qarabağ parkının və abidəsinin açılması təklifinə gəlincə, Şanlıurfa bələdiyyə başqanı onun qısa zamanda reallaşağını və Qarabağ adına Şanlıurfada park və abidənin açılacağını bildirib. Azərbaycanı çox sevdiyini deyən Nihat Çiftçi ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Şanlıurfanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib.

 

Nihat Çiftçi bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

 

Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib və yaxın günlərdə Azərbaycanda "Qarabağdan Şanlıurfaya könül körpüsü" adlı tədbirin keçiriləcəyini və bələdiyyə başqanı olaraq sizi həmin tədbirdə görməkdən məmnun olarıq deyib.

 

Q.Paşayeva Şanlıurfa bələdiyyə başçısına Qarabağ, Xarı bülbül motivlərini özündə əks etdirən, Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.

 

Q.Paşayeva eyni zamanda Vanda Van vali yardımçısı, kaymakamı, bir sıra təşkilatların rəhbərləri ilə də görüşüb, Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Vanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib, yaxın zamanlarda Azərbaycanda "Qarabağdan Vana könül körpüsü” adlı tədbirin keçiriləcəyini də deyərək onları ölkəmizə dəvət edib. Görüşdə Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyilib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Van vali yardımçısı,  kaymakamı, bir sıra təşkilat rəhbərləri ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”- deyə, millət vəkili bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycanla Van arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.

 

Qənirə Paşayeva görüş zamanı Vanda təhsil alan azərbaycanlı tələbələr barədə də məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.

 

Millət vəkili Anadolu Basın Birliyi Van bölməsi başqanı Ayhan Yazlıq və tədbirlərdə iştirak etmək üçün Türkiyənin bir sıra bölgələrindən gəlmiş tanınmış təşkilat rəhbərləri və aydınlarla da görüşüb və Azərbaycan, Türkiyə və Türk dünyası həqiqətlərinin dünyada daha geniş yayılması istiqamətində QHT və KİV-lərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."