“Bu faktlar Rüstəm İbrahimbəyovun riyakarlığından xəbər verir”

14:58 24-05-2018 | icon 182 | Siyasət
“Bu faktlar Rüstəm İbrahimbəyovun riyakarlığından xəbər verir”

 

Razi Nurullayev: “Rüstəm İbrahimbəyovun şəxsi məşhurluğu ona Azərbaycanın milli ruhundan daha vacibdir”

 

 

AXCP sədri Razi Nurullayevin Versus.Az-a müsahibəsi

 

- Razi bəy, Azərbaycan cəmiyyəti “Daş yuxulardan” sonra sapı özündən olan daha bir “balta” ilə növbəti dəfə vuruldu. Hazırda Rüstəm İbrahimbəyovun Azərbaycanı aşağılayan bir filmi ictimaiyyətdə böyük təpki ilə qarşılanmaqdadır. Buna sizin fikriniz nədir?

 

- Hazırda Rüstəm İbrahimbəyovun həmin o filminə baxıram. Sualınızı cavablayan ana qədər 1 saat 20 dəqiqəlik olan filmin 54 dəqiqəsini izləmişdim. Bu 54 dəqiqədə Rüstəm İbrahimbəyovun milli hisslərlə yox, özü haqqında düşündüyü açıq görünür. Onu alacağı medallar, karyerası, beynəlmiləl görünmək istəyi daha çox maraqlandırıb və Azərbaycan xalqını aşağılayıb. Filmdə göstərilir ki, azərbaycanlılar vəhşidirlər, intiqam hissi ilə yanırlar, istənilən ermənini öldürməyə, quyuda daş-qalaq etməyə hazırdılar. Filmin real  hadisələrə əsaslandığı deyilir. Amma mən bu hadisələrin reallığa əsaslandığına inanmırm. Ola bilsin ki, ermənilərlə azərbaycanlılar nə vaxtsa  dostluq ediblər, görüşüblər, bir yerdə oturub yemək yeyiblər. Bu mümkündür. Amma burda erməni övladının Bakıda daş-qalaq edilməsi Azərbaycanlıların qaniçən olması, vəhşi xalq kimi təqdim olunması qəbuledilməzdir, reallığa uyğun deyil. Azərbaycanlılar həmişə  ermənilərlə nisbətdə daha humanist olublar. Hətta Azərbaycanda “Sumqayıt hadisələri” və Bakıda baş verən hadisələr zamanı, eləcə də  azərbaycanlıların İrəvandan qovulduğu zamanlarda burada o qədər azərbaycanlılar olub ki, öz qanı-canı hesabına onlara sığınacaq verib, onları qoruyublar. Bu gün də təkcə Bakı şəhərində 50 mindən çox erməni yaşayır. Azərbaycanlılar qaniçən olsaydılar, namərd olsaydılar 50 min erməni Bakıda yaşamazdı. Amma bir nəfər də olsun azərbaycanlı Ermənistanda yaşamır. Bu faktlar Rüstəm İbrahimbəyovun riyakarlığından xəbər verir.

 

“Onun qəlbində, ruhunda azərbaycançılıq yoxdur”

 

- Necə hesab edirsiniz, Rüstəm İbrahibməyovun Azərbaycan xalqına öz həmvətənlilərinə qarşı bu cür aqressiya nümayiş etdirməsi nədən qaynaqlana bilər?

 

- Rüstəm İbrahimbəyov ömrünün kifayət qədər hissəsini Moskvada, başqa insanlar içərisində keçirib. Azərbaycandan çıxıb gedib və qəlbində bir narazılıq var. Bu narazılıq təkcə Azərbaycanın indiki hakimiyyətinə qarşı deyil. Onun qəlbində Azərbaycan xalqına qarşı bir kin-küdurət var. Bu kin-küdurət olmasaydı, o, Azərbaycan xalqını bu cür aşağılamağa qalxmazdı. Ən azı problemləri hakimiyyətin bir siyasəti kimi qələmə verərdi. Deməli, burada məsələ nə hakimiyyətdir, nə də başqa bir nəsnə. Məsələnin süjet xətti onun üzərində qurulub ki, Azərbaycan xalqı digər xalqlara nisbətən vəhşidir, savadsızdır, mədəniyyətsizdir, insanları daş-qalaq edəndir. Onun filmindən belə çıxır ki, hətta Dağlıq Qarabağ münaqişəsinin başlanmasında da günahkar tərəf  Azərbaycandır, ermənilər haqlıdır. Düzdür, birbaşa deyilməsə də, süjet xəttindən bu sezilir.  Təbii ki, bu təəssüf doğurur. Görünür ki, Rüstəm İbrahimbəyov öz hissləri üçün yaşayır və onun qəlbində, ruhunda azərbaycançılıq yoxdur.

 

- Razi bəy, vaxtilə Rüstəm İbrahimbəyovun adı “Milyarderlər ittifaqı”nda çəkilirdi. Daha sonra Milli Şurada təmsil olundu və “müxalifət” onu hakimiyyətə də gətirmək istədi. Belə bir keçmişə nəzər salsaq, ola bilərmi ki, bu gün İbrahimbəyov hansısa qüvvələrin əlində təzyiq elementi kimi istifadə olunur və bu, daxildə gərginliyin yaradılmasına hesablanır?

 

- Mən bu filmin arxasında hansı qüvvələrin, hansı maraqların gizlənməsi barədə qəti fikir deyə bilmərəm. Bu o qədər də real görünmür. Çünki film 2015-ci ildə çəkilib və 2016-cı ildə nümayişinə başlanıb. Əfsuslar olsun ki, film haqqında informasiya bu gün bizə gəlib çatıb. Yəqin ki, bu film Rüstəm İbrahimbəyovun qeyd etdiyim kimi medal almaq istəyindən ərsəyə gəlib. Çünki beynəlxalq aləmdə keçirilən festivallarda həmişə bu tip mövzulara mükafatlar verilir. Əkrəm Əylisli də ola bilsin ki, qəlbində o cür düşüncəyə sahb deyil, amma mükafat almaq, məşhurlaşmaq, nobel mükafatına layiq görülmək üçün belə bir “daş yuxular”ı  yazıb. Rüstəm İbrahimbəyov beynəlxalq festivallarda mükafat almaq üçün  bu tipli mövzulara müraciət etməkdən çəkinmir. Belə çıxır ki, onun üçün şəxsi məşhurluq, Azərbaycan xalqının milli dəyərlərindən, milli ruhundan, rifahından daha vacibdir. Axı, bu gün bizim Qarabağ uğrunda döyüşüb ermənilər tərəfindən öldürülən 30 mindən çox şəhidimiz var. Bu cür filmlərin çəkilməsi, azərbaycanlının hadisələrə bu şəkildə yanaşmasını şəhidlərimizin ruhuna olan  xəyanət kimi dəyərləndirirəm.

 

- Sizcə Rüstəm İbrahimbəyovun bu filmlə Azərbaycanı çirkaba atmaq istəyi əslində Milli Şurada olan dostlarının fəaliyyətini çirkaba batırmış olmurmu və təmizlənmələri üçün nə etməlidirlər?

 

- Sözsüz ki, bu gün xalqın qəlbində belə bir fikir var. Bu çirkabı təmizləmək də həmin o Milli Şura təmsilçilərinin öz əlindədir. Milli Şuraya iddia edənlər, xalqın adından, birliyindən danışanlar, xalqın milli ruhundan danışıb Qarabağa azadlıq istəyənlər, Azərbaycan xalqını xoş günlərə çıxarmaq istəyən bu insanlar özlərini o zaman sübut edib təmizə çıxara bilərlər ki, Rüstəm İbrahimbəyovun bu filmini ən azı mənim qədər pisləsinlər. Əgər Rüstəm İbrahimbəyova qarşı çıxış edəcəklərsə, hətta Milli Şuradan çıxarılması yönündə addımar atıb onunla bir yerdə olmaq istəmədklərini deyəcəklərsə, o zaman deyilən bu ittihamlar, şübhələr onların üzərindən götürülə bilər. Əks halda onlar da Rüstəm İbrahimbəyovun tərəfdaşları kimi qəbul olunacaqlar.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."