“Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər” - TƏLƏB

15:32 24-05-2018 | icon 205 | Siyasət
“Rüstəm İbrahimbəyovu prezident seçdirmək istəyənlər xalqdan üzr istəsinlər” - TƏLƏB

 

Əlisahib Hüseynov: “Erməniyə olan rəğbəti İbrahimbəyovun indiyə qədər içində gizlənib qalmış həqiqi naturasının özüdür”

 

 

“Mən Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz triosu" filminə diqqətlə baxdım və sözün açığı, sarsıldım. Bir azərbaycanlının öz millətinə qarşı edə biləcəyi pisliyin bu qədərini də gözləmirdim. Əgər bu ziyalı”-nın bütün keçmiş əsərlərini diqqətlə izləsək görərik ki, onun bütün əsərlərində azərbaycanlılar bu və ya digər şəkildə aşağılanıb. Yəni yenilik deyil onun belə vətən xainliyi. Bu dəfə isə nifrətinin pik nöqtəsini göstərdi. Öz millətinə qarşı necə belə etmək olar, anlaya bilmirəm.

 

Versus.Az-ın məlumatına görə, bunu Rüstəm İbrahimbəyovun hiddətlə qarşılanan məlum filmi ilə bağlı açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədrinin sözlərinə görə, görünən budur ki, erməniyə olan rəğbəti Rüstəm İbrahimbəyovun indiyə qədər içində gizlənib qalmış həqiqi naturasının özüdür və indi də bu natura çox çılpaq şəkildə özünü göstərməyə başlayır:

 

“Bəllidir ki, İbrahimbəyov cavanlığını vaxtilə beynəlmiləl şəhər ("internasionalnıy qorod") adlandırılan Bakıda keçirib və həmin vaxt uşaqlıq, gənclik dostlarının əksəriyyəti də məhz ermənilər olub. Erməni dostları gənc Rüstəmə erməni ruhunu aşılamağı bacarıblar.

Məni ilk növbədə onun bu filmi çəkməsinin səbəbləri və məqsədi düşündürür. Heç şübhəsiz ki, bu film biz azərbaycanlılara qarşı bütün dünyada və ilk növbədə Rusiyanın kütləvi tamaşaçı auditoriyasında nifrət yaratmağa hesablanıb. Məqsəd də bizi qeyri-mədəni, qeyri-sivil, vəhşi və davakar (potensial aqressor) millət kimi tanıtmaqdır. Rüstəm İbrahimbəyov ifadə azadlığı, yaradıcılıq azadlığı kimi ümumbəşəri substansiyaları əldə bayraq edərək "Qafqaz triosu" filmində həqiqətə uyğun olmayan, uydurulmuş səhnələri əks etdirir və bununla da dünya tamaşaçısını gerçək həqiqətdən yayındırır.

 

Bəzi ekspertlər iddia edirlər ki, R.İbrahimbəyovun bu filmi çəkməsinin başlıca səbəbi onun hazırkı iqtidardan narazı və küsülü olmasıdır. Partiya sədri vurğulayıb ki, bu filmin təkcə iqtidardan narazılığın məhsulu kimi ortaya çıxmasını düşünənlər, iddia edənlər yanılırlar:

 

Məsələyə bu qədər bəsit yöndən yanaşmaq düzgün deyil. Görünən budur ki, bu başabəla kinossenarist bir vaxtlar lideri və prezidentliyə namizədi olduğu "Milli Şura"dan da, müxalifətdən də, həmçinin, xalqdan da narazıdır. Adam iqtidarıyla, müxalifətiylə, xalqıyla hamımızı özünün "qara siyahı"sına salıb. Odur ki, sadəcə höküməti deyil, bütün cəmiyyətimizi, hətta uşaqları qatı anti-erməni mövqeyində təqdim edib. Ermənistana qarşı, Xocalı qatillərinə qarşı nifrət etməli olan Rüstəm bəy öz doğma ölkəsinə, xalqına qarşı nifrət ruhuna köklənib. Saqqallı, eynəkli ziyalı obrazına bürünən bu kinodramaturq tarixə erməni xalqının "böyük dostu" kimi düşmək istəyir. Amma qanadı altına sığındığı Rusiya dövlətinin ermənilərə gizli-aşkar dəstək verməsi haqda, Qarabağ savaşının bitməsinə əngəl olması barədə isə ən kiçik işarə və mesajlara da yer verməyib.

 

Əlisahib Hüseynov onu da vurğulayıb ki, təfəkkürü ruspərəstlik və ermənipərəstlik xəlitəsinin qarışığından yoğrulmuş bir kinossenaristdən bundan artığını gözləmək də mümkün deyildi:

 

“İndi məni bir məsələ də çox ciddi şəkildə maraqlandırır - görəsən, bu zati-möhtərəmi bir vaxtlar Azərbaycanımızın birinci şəxsi postuna gətirməyə çalışan Əli Kərimlilər, Cəmil Həsənlilər, Eldar Namazovlar, Eldəniz Quliyevlər indi bu filmə baxarkən hansı hissləri keçirirlər? Onlar Rüstəm İbrahimbəyov kimi ermənipərəst eks-liderlərinə görə utanırlarmı? Və ən əsası isə, adlarını çəkdiyim və çəkmədiyim bəylər Rüstəm İbrahimbəyovu vaxtilə xalqa sırımağa çalışdıqlarına görə xalqdan üzr istəyəcəklərmi?

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."