"Azərbaycan tarixini yaşadanlar" “Talk TV”-nin təqdimatında

19:07 24-05-2018 | icon 919 | Cəmiyyət
"Azərbaycan tarixini yaşadanlar" “Talk TV”-nin təqdimatında

 

“Talk TV” Azərbaycan İnternet Televiziyası Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı hazırladığı “Azərbaycan tarixini yaşadanlar” qısametrajlı filmini təqdim edib.

 

Versus.Az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan “Talk TV” Azərbaycan İnternet Televiziyasının icraçı direktoru Mehriban Sadıqova film haqqında qısa məlumat verib:

 

“Uzun illər qurulmuş dövlətçilik ənənələrinin yeni formada təzahürü olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tariximizin ən parlaq səhifələrindən olan Cümhuriyyət tariximizin 100 illiyi ilə əlaqədar 2018-ci ili “Cümhuriyyət ili” elan edib. Xalq Cümhuriyyətinin 100 illiyilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Biz də “Talk TV” olaraq böyük tariximizə öz kiçik töhfəmizi vermək üçün "Azərbaycan tarixini yaşadanlar" adlı qısametrajlı film ərsəyə gətirdik. Həmin film Cümhuriyyət dövründən bu günə qədər olan mərhələni əhatə edir. Onu da qeyd edim ki, “Talk TV” keçən həftəni “Cümhuriyyət həftəsi” elan edib. Həftəboyu “Talk TV”-nin efirində deputatların, tarixçilərin, müxtəlif partiya sədrlərinin Cümhuriyyətlə bağlı fikirləri yayımlandı. Cümhuriyyət həftəmizin uğurlu alınmasında və filmin ərsəyə gəlməsində xidmətləri olan hər kəsə öz təşəkkürümüzü bildiririk”.

 

Sonra “Azərbaycan tarixini yaşadanlar” adlı film tədbir iştirakçılarına təqdim olundu. Qısametrajlı film Cümhuriyyət dövrünü, işğal tarixini, Xalq Hərəkatını və müasir-müstəqil Azərbaycanın quruculuğunu əks etdirir. Filmdə Milli Məclisin üzvləri Hikmət Babaoğlu, Aydın Mirzəzadə, araşdırmaçı Nəsiman Yaqublu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov Cümhuriyyət tarixi və müstəqil Azərbaycanda dövlət quruculuğu ilə bağlı fikirlərini bölüşüb. Filmdə bu gün də Cümhuriyyət adını yaşadan müstəqil media qurumu olan “Cümhuriyət” qəzeti haqqında da söhbət açılır. Film ümumilikdə Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin Azərbaycan müstəqillik tarixindəki fəaliyyətdən bəhs edir.

 

Filmin nümayişindən sonra “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanova çıxış edərək bir sıra məqamlara toxunub, Xalq Cümhuriyyətinin yaranması, süqutu və müstəqil Azərbaycanın qurulmasından söz açıb:

 

“Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq ömrünə Rusiya işğalı son qoydu. 70 illik işğal ömründən sonra Azərbaycan Xalq Hərəkatının timsalında ikinci müstəqillik hərəkatına başladı. Mübarizənin məntiqi nəticəsi olaraq Azərbaycan Əbülfəz Elçibəyin liderliyi ilə növbəti dəfə müstəqilliyini qazandı. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev qazanılan müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz xidmətlər göstərdi. Ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixi məhz bu üç şəxsiyyətin - Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin adı ilə bağlıdır”.

 

Daha sonra çıxış edən tədqiqatçı-jurnalist Kəmalə Əliyeva, jurnalist İsa Rəvan, “Vəfa” İctimai Birliyinin sədri Fatimə Hacıbəyli, jurnalist Almaz Əhmədova və Güllər Amin “Talk TV”nin hazırladığı film haqqında öz fikirlərini bölüşüblər.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

37 saylı tam orta məktəbdə SON ZƏNG

Sərdar Cəlaloğlu hiddətləndi: “O söyüşlərdən min dəfə artığı özünüzə aiddir”

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

“Ömürlük müxalifətdə qalmaq fikrim yoxdur” - MÜSAHİBƏ

"Ermənistan XİN-in bəyanatı cəfəngiyyatdır"

Müdafiə Nazirliyi VİDEO yayıb

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək"

"Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır"

75 əcnəbi qaçqın statusu alıb

"Qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

Hücum casusluq məqsədilə həyata keçirilib