"Bu film onun yaradıcılıq bioqrafiyasında qara ləkə olaraq qalacaq"

19:23 24-05-2018 | icon 197 | Mədəniyyət
"Bu film onun yaradıcılıq bioqrafiyasında qara ləkə olaraq qalacaq"

Azərbaycan Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış “Qafqaz üçlüyü” filmi ilə məlumat yayıb.

 

Versus.Az xəbər verir ki, kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış “Qafqaz üçlüyü” filmi son illər ermənipərəst dairələrin Azərbaycan dövlətinə və xalqına qarşı apardığı məqsədli iftira, qarayaxma kampaniyasının tərkib hissəsidir və ikrah doğuran bir fakt kimi bütün cəmiyyətimiz tərəfindən qəti şəkildə pislənilir:

 

"Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti başlayan ilk gündən düşmən ölkənin, dünyadakı erməni lobbisinin bütün resursları Azərbaycan xalqını qəddar, davakar, ermənilərə qənim kəsilmiş bir xalq olaraq tanıtmağa və bununla Dağlıq Qarabağdakı separatçılığa əsas qazandırmağa yönəldilib. Təəssüf ki, bu işdə bəzi “sapı özümüzdən olan”lar da düşmənin məkrinə alət olaraq doğulduğu torpağa, mənsub olduğu xalqa qarşı çirkin fəaliyyət göstərirlər".

 

Bildirilir ki, R.İbrahimbəyovun bu istiqamətdə fəaliyyəti artıq neçə illərdir davam edir və o, çoxdan tükənmiş “yaradıcılıq gücü”nü şəxsi maraqlar naminə erməni ünsürlərlə əlbir olaraq Azərbaycan xalqını aşağılamaq, onu mədəniyyətsiz, milli kökləri olmayan xalq kimi göstərmək yolunda sərf edir. “Qafqaz üçlüyü” filmi bu idbar, eybəcər yaradıcılığın daha bir nümunəsidir. İndiyədək müxtəlif müsahibələrində ermənilərin ünvanına səsləndirdiyi rəğbət dolu fikirlər, Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd qüvvələrin günahkar olduğunu dilə gətirməsi onun bu mövqeyini cəmiyyətə yetərincə nümayiş etdirib.

Məlumatda deyilir ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını riyakar, mədəniyyətsiz kimi təqdim etmək zaman-zaman erməni diaspor təşkilatlarının, erməni millətçilərinin apardıqları anti-Azərbaycan təbliğatının davamıdır. Bu filmin ortaya çıxması R.İbrahimbəyovun əsl simasını bir daha ortaya qoyur:

 

"Son illərdə bədii dəyərə malik bir ekran əsəri, kino layihəsi ilə ortaya çıxarmağa müvəffəq olmayan Rüstəm İbrahimbəyov yalnız belə siyasi sifarişli, məqsədli “film”-parodiyalarla gündəmdə qalmağa çalışır. Başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulan “Qafqaz üçlüyü” filminin onun yaradıcılıq bioqrafiyasında qara ləkə olaraq qalacağı şübhə doğmur və Rüstəm İbrahimbəyov bununla Azərbaycan xalqının haqlı nifrətini qazanmışdır".

 

Mədəniyyət Nazirliyi R.İbrahimbəyovun ssenarisi əsasında Azərbaycan xalqını aşağılayan, onun milli hisslərini təhqir edən, cılız siyasi məqsədlər güdən belə bir eybəcər “film”in çəkilməsini qəti şəkildə pisləyir, yaradıcılığının son illərini vətənə, içərisindən çıxdığı xalqa dönük insan olaraq yaşayan kinodramaturqun bu ikrah doğuran əməllərindən dərin təəssüf hissi keçirdiyini bəyan edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."