Qarabağ qazisinin AXC-nin 100-cü ildönümü təbriki

10:20 28-05-2018 | icon 49 | Cəmiyyət
Qarabağ qazisinin AXC-nin 100-cü ildönümü təbriki

  

“Azərbaycanın dövlət müstəqilliyinin 100-cü ildönümü tamam oldu. Bu əlamətdar yubiley münasibətilə Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını təbrik edirəm. Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti tanınmış və tanınmamış ziyalılarımızın, şəhidlərimizin, qazilərimizin, etibarlı, sədaqətli oğullarımızın gərgin zəhmətləri sayəsində qurulub. Təəssüflər olsun ki, bu dövlətin qədrini bilməyənlərin çoxu, habelə, harınlamış adamlar indi “meydan sulayır””.


Versus.Az
-n məlumatına görə, bunu Cümhuriyyətin 100 illiyi ilə bağlı münasibət bildirən Qarabağ qazisi, döyüşçü jurnalist, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu bildirib.

 

1989-cu ildən 1995-ci ilədək Respublikamızın ərazi bütövlüyü uğrunda gərgin zəhmət çəkən oğullardan biri olan Şamil Sabiroğlunu hər kəs, əsasən Xocalı sakinlərindən sağ olanlar yaxşı xatırlayırlar. O, Azərbaycan müstəqil olmayan bir dövrdə, yəni 1990-cı il mayın 28-də AXC-nin növbəti ildönümünü bu qədim türk yurdunun ərənlərilə birgə, Xocalı şəhər stadionunda qeyd edib. Şamil Sabiroğlu danışır ki, o zaman rus zabit və əsgərlərinin əhatəsində ay-ulduzlu bayrağı böyük fəxrlə dalğalandırıb:

 

“Bu gözəl gündə danışmağa haqqı olanlardan biri kimi bütün Azərbaycan vətəndaşlarını AXC-nin 100-cü ildönümü ilə əlaqədar təbrik edirəm. Arzu edirəm ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Ermənistan-Azərbaycan təmas xəttində olan real vəziyyəti qiymətləndirsin, Şanlı Ordumuz işğal edilən torpaqların geri qaytarılmasını təmin etsin.
Bayramınız mübarək olsun, müstəqil Azərbaycan Respublikasının qurucuları, sağlam əqidəli ziyalılar, şəhid və itkin ailələrinin üzvləri, müharibə əlil və veteranları!
Bayramınız mübarək olsun, dəyərli Azərbaycan gəncliyi!
Azərbaycan Respublikasının Dövlət Himnində deyildiyi kimi:

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Hüququndan keçən əsgər, 
Hərə bir qəhrəman oldu...


Arzu edirəm ki, düşmən tapdağından tezliklə azad ediləcək torpaqlarda keçiriləcək hərbi paradda iştirak etmək hər birimizə nəsib olsun”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."