Laçın məktəbində ƏLİFBA BAYRAMI

12:06 04-06-2018 | icon 279 | Təhsil
Laçın məktəbində ƏLİFBA BAYRAMI

 

Birincilər 1 illik hesabatlarını verdilər

 

 

Ağcabədidə yerləşən Laçın rayonu 37 saylı tam orta məktəbin birinci sinif şagirdləri Əlifba bayramlarını qeyd ediblər.

 

Versus.Az-ın məlumatına görə, məktəblilər 1 ildə öyrəndiklərinin hesabatını çətin də olsa bir gündə verməyə çalışıblar.

 

Tədbiri məktəbin direktoru Səxavət Məmmədov açaraq uşaqlara gələcək təhsil yollarında müvəffəqiyyətlər arzulayıb. Çıxışdan sonra uşaqlar Azərbaycan Dövlət Himnini oxuyublar.

 

Tədbirin rəsmi hissəsindən sonra istedadlı uşaqlar bir-birindən gözəl rəqs nümunələri, bir-birindən gözəl və maraqlı səhnəciklər göstərərək gələn qonaqların zövqünü oxşayıblar.

 

Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış ediblər. Valideynlərə övladlarının böyük auditoriya qarşısında çıxışına tamaşa etmək xoş təsir bağışlayıb.

 

Hər səhnəciyə özəl olaraq dekorun və paltarların hazırlanması yüksək təşkilatçılıqdan xəbər verirdi. Uşaqların geyindikləri paltarlar çox diqqətlə və həvəslə seçilib.

 

Səhnənin gözəl bəzədilməsi, zalın bədii tərtibatı ciddi hazırlıq işlərinin aparılmasından xəbər verirdi.

 

Dilli-dilavər Ümidin, balaca Əlinun, Amalın, Elköməkin, gözəl mələklər Səruzənin, Aygünün və Yeganənin onlara verilən rolları məharətlə oynamaları özlərindən çox müəllimələri Elyanə Zeynalovanın əməyinin bəhrəsi idi.

 

Uşaqların xüsusi intonasiya və pafosla söylədikləri Vətənə, anaya, müəllimə aid şeirləri valideyinlər və müəllimlərin xüsusi marağına səbəb olub.

 

Şeir deyib mahnı oxumaqdan bir an belə yorulmayan 1-cilərin verdiyi bu hesabat tədbirində bir daha sübut olundu ki, Vətənin gələcəyi etibarlı əllərdədir.

 

Dünənə kimi ana quzusu olan övladlarının bu gün sərbəst şəkildə özlərini ifadə etdiklərini və müəyyən kütlə qarşısında utanıb sıxılmadan istedadlarını nümayiş etdirə bilmələri nəinki valideyinlərin, Elyanə müəllimənin özünün də ikiqat sevincinə səbəb olmuşdu.

 

Bayram çox təntənəli və maraqlı keçib. Uşaqlar oxumaq bacarıqları ilə yanaşı, vətənimizin sərvətləri və adət-ənənələrini necə gözəl öyrəndiklərini də nümayiş etdiriblər.

 

Sonda 1 b sinfinin sinif rəhbəri Elyanə Zeynalova uşaqları Əlifba bayramı münasibətilə təbrik edib, onlara həyatda ən önəmli olan can sağlığı, dərslərində müvəffəqiyyətlər arzulayıb. Kiçik fidanlarının səslərinin hər zaman yüksəklərdən gəlməsini, həmişə Vətənə, millətə xeyirli övlad olmalarını diləyib və hər bir şagirdə 1-ci sinif vinetkalarını təqdim edib.

 

Arzu Zeynallı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İxtisas seçimi bu gün başa çatır

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq