AXC-nin 100 illik yubileyi Argentinada

12:33 30-05-2018 | icon 186 | Siyasət
AXC-nin 100 illik yubileyi Argentinada

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Argentinada qeyd olunub.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat verib. Məlumata görə, Buenos Ayres şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar təşkil edilmiş rəsmi ziyafətdə Argentina Xarici İşlər Nazirliyi, Deputatlar Palatası və Senatının təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, həmçinin elmi-akademik, işgüzar çevrələrin, kütləvi informasiya vasitələri və Argentina ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Tədbirin rəsmi hissəsində açılış nitqi ilə çıxış edən səfir Rəşad Aslanov müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın qədim və zəngin dövlətçilik ənənələrinin təntənəsi olduğunu bildirib və Ümummilli Lider Heydər Əliyevdən sitat gətirərək, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın milli sərvəti, tariximizin parlaq səhifəsi olduğunu vurğulayıb.

 

Daha sonra R.Aslanov Azərbaycanın iqtisadi, intellektual və mədəni potensialının formalaşmasında müstəsna xidmətləri olan Azərbaycan Xalq Cümhuriyyətinin23 aylıq mövcudluğu dövründə dövlətin aparıcı strukturlarının təşkil edildiyini, hökumətin formalaşdırıldığını, Azərbaycanın ilk milli parlamentinin fəaliyyətə başladığını, ölkənin sərhədlərinin müəyyənləşdirildiyini, bayrağı, himni və gerbininin yaradıldığını, ana dilinin dövlət dili elan edildiyini, milli ordunun qurulduğunu, ölkədə ilk universitetin təsis olunduğunu diqqətə çatdırıb. R.Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin həm də İslam dünyasında qadınlara yüz il bundan öncə səsvermə və seçilmək hüququ verən ilk demokratik respublika olmaqla tarixə düşdüyünü xüsusi qeyd edib.

R.Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf və yüksəliş yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib. Müstəqil Azərbaycanın beynəlxalq arenada uğurlarından bəhs edən R.Aslanov ölkəmizin genişmiqyaslı regional və qlobal enerji və infrastruktur layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısı olduğunu dedi və neft kapitalının insan kapitalına çevrilməsinin surətli iqtisadi inkişaf xəttin əsas istiqamətlərindən biri olduğunu əlavə edib. O, həmçinin Bakının EXPO-2025-ə namizədləri arasında olduğunu qeyd edib.

Azərbaycanın Şərq və Qərbin qovşağında yerləşdiyini deyən R.Aslanov ölkəmizin tolerantlıq ənənələrinin mövcud olduğu sabitlik, inkişaf və tərəqqi simvoluna çevrildiyini bildirib.

 

Müstəqilliyinin ilk illərində sosial-iqtisadi problemlərlə yanaşı, Azərbaycanın qonşu Ermənistanın təcavüzü ilə üzləşdiyini deyən R.Aslanov nəticədə torpaqlarımızın iyirmi faizinin işğal edildiyini, 1 milyona yaxın azərbaycanlının öz doğma yurdlarından məcburi köçkün düşdüyünü vurğulayıb. Həmçinin, Ermənistanın hələ də münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, eləcə də digər beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymadığını qeyd edib.

2018-ci ilin həm də Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu bildirən R.Aslanov ikitərəfli əlaqələrin inkişaf tarixi və əməkdaşlıq perspektivlərindən bəhs edib.

 

Tədbirin bədii hissəsində argentinalı musiqiçilərin ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də azərbaycanlı rəqqasların ifasında milli rəqslərimiz tədbir iştirakçılarına təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"