"Qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır"

12:51 30-05-2018 | icon 105 | Cəmiyyət
"Qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır"

Azərbaycanda sahibkarlığın inkişafına qadınların verə biləcəyi töhfəni artırmaq qarşımızdakı vəzifələrdən biridir.

 

Versus.Az xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, innovativ fəaliyyət sahəsində qadınların daha fəal iştirakına ehtiyac var.

 

Ə.Əhmədov bildirib ki, 2018-ci il Azərbaycanda "Xalq Cumhuriyyəti ili" elan edilib:

 

"Bu da heç təsadüfi deyil. Bununla Azərbaycan xalqı həmin dövr tariximizə olan dərin ehtiramını bildirir. Azərbaycan Xalq Cumhuriyyəti çox yaşaya bilməsə də, onun qoyduğu ənənələr yaşayıb. Azərbaycan qadınlarının hələ 100 il əvvəl ictimai həyatda yaxından iştirak etməsi üçün addımlar atılıb".

 

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətinin inkişafına qadınlar xüsusi töhfələrini verirlər:

 

"Azərbaycan qadınlarının bir çox fəaliyyət sahələrində təmsilçilik faizi kişilərdən çoxdur. Təhsil, səhiyyə sahəsində çalışan qadınların sayı kişilərdən daha çoxdur. Əlbəttə, biz bütün bunlarla qürur duyuruq. Amma eyni zamanda irəliyə baxırıq. Qadın hüquqlarının təmini üçün yeni vəzifələr ortaya çıxır. Düzdür, idarəçilik sistemində təmsil olunan, ictimai-siyasi fəaliyyət üzrə çalışan qadınların sayı artır. Amma parlamentdə qadınların təmsilçilik faizinin 20 faizdən aşağı olması, bələdiyyədə qadınların təmsilçilik faizinin 40 faizdən çox olmaması bizi düşündürməlidir".

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."