Əli Kərimlinin partiyasında və Milli Şurada ara qarışıb

13:54 30-05-2018 | icon 160 | Siyasət
Əli Kərimlinin partiyasında və Milli Şurada ara qarışıb

Bir müddət öncə AXCP sədri Əli Kərimliyə yaxın olan şəxslərin ətrafında başladılan hüquqi prosedurların mahiyyəti, nəhayət, rəsmi məlumatla açıqlandı.

 

Versus.Az musavat.com-a istinadən xəbər verir ki, öncədən də gözlənildiyi kimi, bu araşdırmalar dolayısı ilə Əli Kərimliyə çatan, mənbəyi bəlli olmayan pul vəsaitləri ilə bağlıdır. Və ən maraqlısı və ipucu verən məqam da bu pulların AXCP sədrinə məhz Rusiyadan axıdılmasıdır...

 

2013-cü ilin prezident seçkiləri ərəfəsində ortaya çıxan Milli Şura projesinin Moskvadan idarə edilməsi şübhə doğurmurdu. MŞ layihəsi, ümumiyyətlə, Rusiya paytaxtında hazırlanmış, daha sonra Bakıya ixrac edilmiş, onun da başına Rusiya vətəndaşlığı olan kinorejissor Rüstəm İbrahimbəyov gətirilmişdi. Daha sonra ictimai rəy, hüquqi baryerlər və iqtidarın kəskin müqaviməti bu layihənin başındakı adamın -  İbrahimbəyovun Azərbaycanda siyasi blok lideri olmasına imkan vermədi. Rüstəm müəllim özü də həbsdən qorxdu, Azərbaycandan dönməmək üzrə qaçdı və Bakıdakı layihəsini Moskvadan yönətməyə üstünlük verdi. Zamanla bu layihə AXCP sədri Əli Kərimlinin nəzarətinə keçdi. Dönük bir professoru Milli Şuraya sədr qoyan Kərimli qısa zamanda bu təşkilatı tam istifadəsinə aldı, AXCP-nin bir şöbəsinə çevirdi və ondan bərk yapışdı. Anlaşılan bu idi ki, Kremldəki bəzi dairələrin himayəsi ilə qurulan bu qurumun bağlantıları Kərimliyə çox lazım idi. 2013-cü ildən sonra later vəziyyətdə davam edən bu gizli bağlantılar AXCP sədrinin maddi gözləntilərini ödəməli idi...

 

Rusiyadan Azərbaycan siyasətinə axıdılan pullarla bağlı aparılan əməliyyat və rəsmi açıqlamalar səhnəni tam olaraq aydınlaşdırır. Kərimlinin nəzarətindəki Milli Şuranın 'beşiyini' hələ də Moskva yırğalayırmış...

Yayılan rəsmi məlutada nələr vurğulanrıdı, bir yada salaq. Rəsmi dil bir az ağırdı, lakin hər abzası diqqətlə oxuyanda məsələni başa düşmək olur. Məsələn, giriş sitatı olaraq bu parçanı seçək; 'Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin  iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb'...

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda daha sonra bildirilir ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə "Sahibkarlıq fəaliyyəti haqqında" qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyada təbliğat aparıb.

 

Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib.

 

Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiqlənib, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.

İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsait lərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 

İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.

Təqsirləndirilən şəxslərin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan müdafiə, hüquqi yardım almaq və sair hüquqları tam təmin edilib.

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlar isə istintaqa təsir göstərmək, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Diqqətçəkən odur ki, bu faktlar açıqlanmazdan 1 gün əvvəl Əli Kərimli və onun ətrafında olan şəxslər Saleh Rüstəmovun guya istintaq təcridxanasında müəmmalı şəkildə ölməsi barədə haray salmışdılar. Bu fakt təsdiqini tapmadı və ardınca gələn rəsmi məlumatlar Əli Kərimlinin narahatlığının nədən ibarət olduğunu ortaya çıxardı.

Amma Əli Kərimlini narahat edən təkcə bu faktların deşifrə edilməsi deyil. Onun təşvişi həm də növbəti dəfə öz ətrafına pul "atmasının" ifşa olunmasıdır. Bununla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Xəbər ondan ibarətdir ki, çevrəsinə pul kələyi gəlməyə adət etmiş Əli Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. Bizi bilgiləndirən bir cəbhəçinin dediklərindən: "Məlum olur ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Düz 30 dəfə saxtakarlıq edib!

 

Təşkilatdakı mötəbər mənbə iddia edir ki, rəsmi məlumatların və həbs olunanların verdiyi ifadələrin ardınca AXCP-də ara qarışıb. Məlum olub ki, Moskvadan hər ay Milli Şura və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda yaşayan öz ailəsinə yönləndirirmiş. Ana müxalifət adına  bir mənbədən - Moskvadan daxil olan vəsait isə nə az, nə çox -  412 min dollardır! Heç şübhəsiz, oğurlamağa öyrəşmiş Əli Kərimli başqa mənbələrdən də ona daxil olan vəsaitlərlə bu cür rəftar edib. Məhz bu səbəbdən də AXCP-Milli Şura alyansında ara qarışıb. Funksionerlər heyrət və qəzəb içindədir. Mənbəmiz deyir ki, yaxın günlərdə tanınmış bir sıra simaların bəyanat verərək, Əli Kərimlinin ətrafını tərk etməsi gözlənilir. Hətta  bəzi funksionerlərin Əli Kərimlinin bu maxinasiyaları haqda açıq danışacağı, sosial şəbəkələrdə məlumat verəcəyi də istisna deyil.

İddiaya görə, böyük oğurluğu üzə çıxan Əli Kərimli bu etirazların qarşısını almaqda acizlik çəki.

Milli.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

Sərdar Cəlaloğlu hiddətləndi: “O söyüşlərdən min dəfə artığı özünüzə aiddir”

37 saylı tam orta məktəbdə SON ZƏNG

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

“Ömürlük müxalifətdə qalmaq fikrim yoxdur” - MÜSAHİBƏ

"Ermənistan XİN-in bəyanatı cəfəngiyyatdır"

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək"

Müdafiə Nazirliyi VİDEO yayıb

"Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır"

75 əcnəbi qaçqın statusu alıb

"Qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

Hücum casusluq məqsədilə həyata keçirilib