Yeni qanun layihəsi qəbul edilib

16:16 31-05-2018 | icon 43 | Gündəm
Yeni qanun layihəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib.

 

Versus.Az xəbər verir ki, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sənəd 8 fəsil, 40 maddədən ibarətdir.

 

Deputat qeyd edib ki, sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və abilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı və digər məsələlər əksini tapıb.

 

Onun sözlərinə görə, qanun layihəsinin birinci və ikinci oxunuşda müzakirəsi zaman səsləndirilən təkliflər nəzərə alınıb.

Qanun layihəsi müzakirə edilərək üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."