"Görün, Əli Kərimlinin bəlli olmayan nə qədər böyük kələkləri var”

09:37 01-06-2018 | icon 106 | Siyasət
"Görün, Əli Kərimlinin bəlli olmayan nə qədər böyük kələkləri var”

"Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatdan aydın olur ki, AXCP indiyə qədər xaricdən qanunsuz maliyyə alıb".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, AXCP sədri Əli Kərimli xarici dairələrdən aldığı maliyyə barədə heç bir məlumat verməyib, hər kəsdən gizlədib:

 

“Hətta o öz yaxınlarını, partiya yoldaşlarını da aldadıb, bu pulları onlardan da gizlədərək təkbaşına mənimsəyib. Yaxın ətrafını daim aldadan, onlara kələk gələn, onlardan istifadə edən Əli Kərimli ətrafdakıların adından pul alaraq onları bu tərzdə də aldadıb. Yəni bu adam pul qazanmaqdan ötrü hər yola əl atıb”.

 

Deputat bildirib ki, Ə.Kərimli həmişə üzdə həqiqətdən dəm vurur, ancaq arxada başqa qanunsuz əməllər törədir:

 

“Guya həqiqətdən, düzgünlükdən danışan bir adamın tutduğu əməllər sübut edir ki, o, necə bir xislətin sahibidir. Bu hələ bəlli olan faktlardır. Görün, Əli Kərimlinin bəlli olmayan nə qədər böyük kələkləri var”.

 

O hesab edir ki, bu əməllərə görə Ə.Kərimli qanun çərçivəsində də cavab verməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də