XƏBƏRDARLIQ

13:21 01-06-2018 | icon 195 | Gündəm
XƏBƏRDARLIQ

Bu il Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliyində dəniz suyunun tərkibində zərərli maddələrin miqdarı normadan artıq olduğu üçün qeyd edilən çimərliklərdən istifadə etmək məqsədəuyğun olmayacaq.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov bildirib.

 

Onun sözlərinə görə, nazirlik tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan" çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab təmizləyici qurğular quraşdırılıb:

 

"Xəzər dənizində aparılan monitorinqlərin nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan ərazilərdə çimərlik sahələri yay mövsümündə çimərlik kimi istifadə üçün yararlıdır".

 

Hazırda ETSN tərəfindən Xəzər dənizi zolağında və çimərlik ərazilərində monitorinqlər davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."