Məqsədlərimdən biri

16:49 03-06-2018 | icon 133 | Uşaq Dünyası
Məqsədlərimdən biri

 

LEYLA NƏCƏFLİ

/Şuşa rayon 6 saylı tam orta məktəbin 6-cı sinif şagirdi/

 

 

Salam, əziz oxucularım. Çox təəssüf edirəm ki, bu qədər muddət ərzində sizinlə görüşməmişəm.

 

Hamınız məlumdur ki, dərs ili sona çatır və biz uşaqlar biliyimizi yoxlamaq üçün testlər yazırıq. Əgər bütün qiymətlərimiz  5 olsa, əlaçı olarıq. Mənim arzum da elə budur.

 

Uşaqlar, dərs ili müddətində vaxtın necə keçdiyini hiss etmədim. Hazırda 6-cı sinifin son 11 gününü başa vurmaqdayam. 7-ci sinifə keçəcəm. Yeni müəllimlər, yeni dərslər ...

 

Çox həyəcanlıyam. 7-ci sinifə əlaçı kimi keçməyim üçün yaxşı çalışmalı və çox oxumalıyam.

 

Uşaqlar, valideyinlərim söz veriblər ki, bacımla mən əlaçı olsaq, bizə velisoped alacaqlar. Əlbəttə ki, mən məhz velisoped üçün əlaçı olmaq barədə düşünmürəm. Əlaçı olmaq mənim qarşıma qoyduğum məqsədlərimdən biridir. Həm də sinif yoldaşlarımla bilik yarışmamız var axı.

 

Belə, əziz dostlar, sağollaşmaq vaxtıdır. Mən dərs oxumalıyam. Məncə artıq siz də gedib dərslərinizi oxuyun. Beləcə, dərslərinizə hazır olarsınız. Hələlik...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də