Güləşçilərimiz 7 medalla qayıdırlar

11:47 04-06-2018 | icon 119 | İdman
Güləşçilərimiz 7 medalla qayıdırlar

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib.

 

Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, güləşçilərimiz turniri 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurublar.

Bütün rəqiblərindən üstün olan Qurban Qurbanov (45 kq) turnirin qızıl medalına layiq görülüb. Final görüşündə komanda yoldaşına uduzan Fərhad İsrafilov (45 kq), eləcə də Ruslan Hədisov (65 kq) və Sərxan Məmmədov (110 kq) isə gümüş medalla kifayətlənib.

 

Bürünc medalları isə yığmamıza Həsrət Cəfərov (51 kq), Xasay Həsənli və Adəm Hacızadə (hər ikisi 60 kq) qazandırıb.

 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elgün Məmmədov və Zaur Şərifov təmsil ediblər.

 

ÖMƏR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."