Azərbaycanda aparılan ləng islahatlar...

12:23 04-06-2018 | icon 221 | Kürsü
Azərbaycanda aparılan ləng islahatlar...

...Və siyasi çatışmazlıqlar fürsətçilər üçün gözəl plasdarm yaradıb

 

 

RAZİ NURULLAYEV

/AXCP sədri/

 

Ölkədə xeyli kasıb əhali var. Faizini bilmirəm, amma bildiyim həqiqət budur ki, kasıblar çoxdur. Bu kasıbların fonunda qeyri-qanuni yollarla varlanan, biznes quran, dövlət vəzifəsindən sui istifadə edib varidat yığanlar var. Dövlətin sosial gücü var, fəxr edirik ki, kredit alan ölkədən kredit verən ölkəyə çevrilmişik. Neft də günü-gündən bahalaşır, Azərbaycan qaz ixracından da milyardlar qazanmağa başlayacaq. Bəs xalq nə zaman normal və xöşbəxt yaşaya biləcək?

 

Bütün bunların fonunda əzilənlər, evsiz-eşiksizlər, əlillik almaq üçün haqsızlığa uğrayanlar, sosial müavinət almaq üçün qapılar döyənlər saysız-hesabsızdır. Bu adamların çoxu varlı insanlara müraciət edirlər ki, onlara yardım etsinlər. Ağır xəstəsi olanlar yalvarır ki, onun əzizinin həyatını xilas etsinlər. On minlərlə insan var ki, günlərlə, aylarla həkim reseptini cibində gəzdirir, dərman ala bilmir.

 

Bizlər çox təkliflər vermişik və verməkdəyik. Əfsuslar olsun ki, hələlik nəzərə alınmır. Sosial bərabərsilzik, haqsızlıq, məmur özbaşınalığı, vəzifə məsuliyyətsizliyii isə davam edir. Vəzifəyə pul qazanmaq kimi baxış tüğyan etməkdədir. Hərçənd ki, vəzifə xalqa xidmət üçündür, zülm etmək üçün yox.

 

İşləyən təbəqə də aldığı əmək haqqı ilə dolana bilmir. Ümumiyyətlə, Azərbaycanın ən böyük sosial problemlərindən biri əmək haqqının az olmasıdır, işçilərin hüquqlarının tapdalanmasıdır, tibbi sığortasının olmamasıdır, rəqabətli iş yerlərinin azlığıdır. Əgər bir insan işləyirsə və deməliyəm ki, bəzən qul kimi 14-16 saat işlədirlər, amma aldıqları bu aydan o biri aya yetmir. İnsan ömrü boyu nökər işləyir, alçalır və gələcəyə ümudi də olmur. Hökumət bilməlidir ki, insanlara ləyaqətli həyat vermək üçün zamanı çox azdır. Vətəndaşlar daha bir neçə onillik gözləyə bilməz ki, ağ günə çıxacaqlar.

 

Biz hər ailəyə öz biznesini qurmaq üçün on min manat verilsin deyəndə bu problemlərin həllini kökündən həll etmək istəyi ilə danışırdıq. Ölkədə iş yerləri açmaq, məhsullar istifadə etmək üçün ailə biznesləri genişləndirmək məqsədimiz idi. Bu gün kəndlinin 3-5, maksimum 7%-lik bank kreditinə çıxışı olmalıdır. Əgər kəndliyə kiçik faizli kreditlər verilməsə, nə kənd təsərrüfatı inkişaf edə bilər, nə də iş yerləri açılar. Ölkədə olan kütləvi işsizliyi həll etmək üçün kiçik sahibkarlıq vacibdir. Bu isə kreditsiz mümkün deyil. Bankların təklif etdiyi 30-40 faizlik kredit kəndlinin küməsini yıxmaqdır, evini və ailəsini dağıtmaqdır. İnzibati yollarla inkişafa nail olmaq çox çətin olacaq, bazar liberallaşmalı, rəqabət məcəlləsi Milli Məclis tərəfindən, nəhayət ki, qəbul olunmalı və Ümumdünya Ticarət Təşkilatına üzvlük gerçəkləşməlidir.

 

Biz gözləyirik ki, verdiyimiz təkliflər müzakirə edilsin və həyata keçirilsin. Biz istəyirik ki, xalqın problemləri, hissləri və emosiyaları üzərində siyasət qurmayaq. Hədəfimiz xalqın güzaranının yaxşılaşdırılmasıdır. Lakin, hər bir siyasətin, hər bir prosesin həddi var. Hədd keçiləndə, xaos yaranır. Bu xaosdan istifadə edənlər isə fürsətçilərdir. Bax, Azərbaycanda aparılan ləng islahatlar və siyasi çatışmazlıqlar bu fürsətçilər üçün gözəl plasdarm yaradıb. Allah qorusun!

İndi özünüz düşünün!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

Sərdar Cəlaloğlu hiddətləndi: “O söyüşlərdən min dəfə artığı özünüzə aiddir”

37 saylı tam orta məktəbdə SON ZƏNG

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

“Ömürlük müxalifətdə qalmaq fikrim yoxdur” - MÜSAHİBƏ

"Ermənistan XİN-in bəyanatı cəfəngiyyatdır"

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək"

Müdafiə Nazirliyi VİDEO yayıb

"Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır"

75 əcnəbi qaçqın statusu alıb

"Qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

Hücum casusluq məqsədilə həyata keçirilib