Hüseyn Cavidin “Ana” pyesi tamaşaya qoyulub

14:55 04-06-2018 | icon 137 | Mədəniyyət
Hüseyn Cavidin “Ana” pyesi tamaşaya qoyulub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

 

Teatrın mətbuat xidmətindən Versus.Az-a verilən məlumata görə, yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Teatrın istedadlı aktrisası, əməkdar artist Nübar Novruzovanın benefis-tamaşası olan səhnə əsərində rolları əməkdar artist Nübar Novruzova, aktyorlar - İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva, Aydın Dəmirov ifa edirlər.

 

Qeyd edək ki, böyük dramaturq H.Cavidin “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."