Yağıntılı hava şəraiti davam edəcək

15:08 04-06-2018 | icon 159 | Gündəm
Yağıntılı hava şəraiti davam edəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində - şimal (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xaraxterli olacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

İyunun 05-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də