ABŞ-ın Azərbaycanla bağlı yeni ilginc planı

12:19 06-06-2018 | icon 115 | Siyasət
ABŞ-ın Azərbaycanla bağlı yeni ilginc planı

Sülhəddin Əkbər: İranla sərhəddə olan rayonların hərbi yolla azad edilməsi, “Mehri keçidi”nin bağlanması üçün Azərbaycana dolayı dəstək verilməsi gözlənilir“

 

Ermənistanda aprel ayında baş verən inqilabın ardınca indi də Gürcüstanda etiraz aksiyalarının başlanması, Son 1 ayda ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə üç dəfə məktub ünvanlaması Amerikanın Cənubi Qafqazda fəallaşmasının əlamətləri olaraq şərh edilir.

 

Bir sıra siyasi analitiklər Ermənistanda və Gürcüstanda baş verən mitinqlərdə Vaşinqtonun “nəfəsinin duyulduğunu” iddia edirlər. Eyni zamanda bildirilir ki, ABŞ-ın Cənubi Qafqazda fəallaşmağa başlaması həm də İranla bağlı planları ilə əlaqədardır. İran amili başda Azərbaycan olmaqla, Cənubi Qafqazın Vaşinqton üçün əhəmiyyətini artırıb.

Versus.Az musavat.com-a istinadən xəbər verir ki, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bu barədə açıqlamasında bildirib ki, 2001-ci ilin 11 sentyabrından sonra regionda səhnəyə qoyulan yeni böyük geopolitik oyunun növbəti pərdəsi başlayıb. Azərbaycan məsələsinin də beynəlxalq və regional gündəliyin ön səhifələrinə keçdiyinin işartıları, nəhayət ki, üzə çıxır. Onun ilk açıq əlamətləri ABŞ və Fransa prezidentlərinin Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə prezidentə göndərdiyi məktubda “Dağlıq Qarabağ məsələsi” ilə bağlı verdiyi mesajlarda göründü.

 

Azərbaycan məsələsinin, o cümlədən Cənubi Qafqazın gündəliyə gəlməsi İran məsələsinin gündəliyə gəlməsi kontekstində gözlənilirdi: “Bu, bir daha hər iki məsələnin bir-biri ilə üzvi şəkildə bağlı olduğunu, Azərbaycan məsələsinin İran məsələsinin tərkib hissələrindən biri, eyni zamanda ən başlıcası olduğunu göstərir. İran və Rusiya kimi iki böyük məsələnin eyni zamanda aktuallaşdığı bir dövrdə onların arasında həlledici strateji mövqedə yerləşən Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın gündəliyə gəlməməsi necə gözlənilməyə bilər? Nəhayət, özündə çoxsaylı, çoxyönlü və müxtəlif səviyyəli, xüsusən də yüksək səviyyəli təhlükələr, eyni zamanda təhlükəli olsa da, fürsət və imkanlar daşıyan bu proses başlayıb artıq.

İran məsələsinin beynəlxalq gündəliyə gəldiyi hazırkı dövrdə əsas oyunçuların başlıca istəyi regionda, eyni zamanda Azərbaycanda öz iştiraklarını artırmaq, genişləndirmək və dərinləşdirmək, maraqlarını inkişaf etdirmək, dəyərlərini yaymaq, mövqelərini, nüfuz və təsirlərini gücləndirmək və beləliklə, siyasi hədəflərinə nail olmaq üçün hərtərəfli maksimum əlverişli şərait yaratmaqdır".

 

S.Əkbər hesab edir ki, bunun üçün əsas oyunçular, heç şübhəsiz, regiondakı, o cümlədən respublikamızdakı mövcud iştiraklarının, maraqlarının inkişafından, mövqelərinin gücləndirilməsindən və xarici müdaxiləyə açıq olan həssas nöqtələrdən təsir və təzyiq edilməsindən başlayacaqlar: “Bu səbəbdən də ölkəmizin xarici müdaxiləyə açıq olan ən həssas, ağrılı ”nöqtəsi" Qarabağ münaqişəsi və onun nəticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala məruz qalmasıdır.   Deməli, Azərbaycana daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər ilk növbədə ora basacaqlar.

 

Ötən ilin mayından açıq şəkildə anti-İran koalisiyası qurmağa başlayan Trampın Cənubi Qafqaz və Xəzər regionunda, o cümlədən Azərbaycanda əsas hədəfləri var. Bunlar üst və alt səviyyəli geniş maraqlarının hərtərəfli inkişaf etdirilməsi, iştirakın və aktivliyin artırılması, xüsusən də təhlükəsizlik, enerji və demokratiyanın yayılması, regionun demokratikləşdirilməsi, Rusiyanın asılılığından xilas edilməsi prosesidir. Diqqət edirsinizsə, sadaladıqlarımızın bir çoxunun reallaşdırılması artıq müşahidə edilir".

 

AzDP sədri qeyd etdi ki, ABŞ-ın bölgədə planlarını gerçəkləşdirmək üçün İran məsələsi kontekstində, çəkici, cəzbedici, hətta şirnikləndirici təkliflər verə bilər: “İşğal altındakı ətraf rayonların bir qisminin-ilk etapda 2-dən 5-ədək rayonun azad edilməsi və qondarma ”DQR-ə" müvəqqəti hüquqi status verilməsi, bir sözlə, mövcud status-kvonun beynəlxalq tanınması və təsbit edilməsi qarşılığında münaqişə bölgəsinə, eyni zamanda İranın şimal sərhədinə beynəlxalq sülhməramlı qüvvələrin, o cümlədən ABŞ silahlı qüvvələrinin yerləşdirilməsi planı ola bilər.  İşğal altında olan bir sıra rayonların, xüsusən də İranla sərhəddə olan rayonların-Füzuli, Cəbrayıl, Zəngilanın hərbi yolla azad edilməsi, hətta Ermənistanla İran arasında olan həyati vacib “Mehri keçidi”nin bağlanması və Naxçıvana, eyni zamanda Türkiyəyə quru dəhlizinin açılması üçün Azərbaycana dolayı dəstək verilməsi gözlənilir".

 

“Azərbaycanın əhəmiyyəti daha da artıbsa, ABŞ-ın Azərbaycana səfir təyinatının gecikməsi nə dərəcədə məntiqlidir” sualına S.Əkbər belə cavab verdi: “Səfir təyinatının hələ ki, baş verməməsi Trampın öz komandasını formalaşdırması prosesinin yekunlaşmaması ilə əlaqədardır. Çox ölkədə hazırda ABŞ-ın səfiri yoxdur. Amma nəzərə alsaq ki, İran məsələsi artıq ABŞ-ın liderliyi ilə gündəliyə gətirilib, Azərbaycan da İrana qonşu olan bir ölkədir, Azərbaycan türklərinin böyük bir hissəsi İran dövlətində yaşayır heç şübhəsiz ki, Vaşinqton Azərbaycana səfir təyinatını sürətləndirəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də