Millət vəkili seçiciləriylə görüşüb

12:28 07-06-2018 | icon 283 | Cəmiyyət
Millət vəkili seçiciləriylə görüşüb

 

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğılarını diləyib. O, Ramazan ayınının bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdə onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Məkrəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

 

Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. O, onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

 

Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.

 

Seçiciləri ilə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. O, sakinləri uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.

 

Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb.

 

Qənirə Paşayeva sakinlərə bayram hədiyyələrini və müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib, onlara hər günlərinin bayram kimi keçməsini diləyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."