Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

13:04 12-06-2018 | icon 338 | Cəmiyyət
Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

 

 

Qənirə Paşayeva: “İnsan haqları bu gün də Ermənistan tərəfindən pozulmaqda davam edir”

 

 

Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Vyetnamın sabiq vitse-prezidenti xanım Truong My Hoa və İMEX şirkətinin Sakit okean qrupunun baş direktoru Le Hong Thuy Tien ilə görüşüb. Görüşdən məmnunluğunu bildirən millət vəkili Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.

 

Versus.Az xəbər verir ki, Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinh də Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyib. Millət vəkili Q.Paşayeva Azərbaycanın fəal qadınlarının Vyetnamla əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb və fikir mübadiləsi olub.

 

Q.Paşayeva Azərbaycanla bağlı, xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsindən danışıb.

 

Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də