Rusiya Azərbaycana bunu idxal etdi

14:30 13-06-2018 | icon 49 | İqtisadiyyat
Rusiya Azərbaycana bunu idxal etdi

 

 

Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.

 

Versus.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri Rusiya Federasiyasından idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər. Baxış zamanı məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin tətbiq edilən alaq bitkisi - sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları aşkar olunub.

 

Sirayətlənmiş buğda məhsulunun xüsusi aqreqatlar vasitəsilə təmizlənməsi, ayrılmış çıxarın alaq toxumları ilə birlikdə yandırılması nəzərdə tutulub. Fitosanitar tədbirlər sistemi həyata keçirildikdən və məhsul alaq toxumlarından tam təmizləndikdən sonra təyinatı üzrə istifadəsinə icazə veriləcək.

 

Sürünən kəkrə əsasən əkin sahələrini, bağları, çəmənləri və otlaqları alaqlandırır. Bitki payızlıq buğdadan 2-5 dəfə artıq qida maddələri mənimsəyir. Kök sistemi tərəfindən ifraz edilən toksiki maddələr mədəni bitkilərə təsir edir. Kəkrə toxumları əsasən taxıl və ot bitkilərinin toxumları və ot küləşi ilə, səbətcikləri isə su vasitəsilə yayılır.

 

Sürünən kəkrə 25–60 sm hündürlükdə kökümsov gövdəli çoxillik bitkidir. Toxumla, kök pöhrələri və kökümsovlarla çoxalır. Gövdəsi düz, tilli, hörümcək torlu, tiftikli, əsasına qədər budaqlıdır. Yarpaqları növbəli, oturaq, kənarları bütövdür. Çiçəkləri çəhrayı olub, səbətciklərdə yerləşir. Səbətciklər tək–tək, dairəvidir, 1–1,25 sm diametrdə olub, budağın sonunda yerləşir. Hər səbətcikdə 2–26 toxum, bir bitkidə 700-ə qədər səbətcik ola bilər. Səbətcikdəki bütün çiçəklər eyni ölçülü, ikicinsli, boruşəkilli və çəhrayı çələnglidir.

 

Alaq otu yeni ərazilərə bir qayda olaraq bitki məhsulları ilə daşınır. Bunun qarşısını almaq üçün fitosanitar karantini tətbirlərinə ciddi əməl edilməli və toxumların yeni ərazilərə yayılmasının qarşısı alınmalıdır.

Karantin bitki ilə güclü sirayətlənmiş ərazilərdə qara herik bitkisinin çovdar, yulaf, arpa, qarğıdalı, yonca və digər inkişaf edən bitkilərlə uyğunlaşdırılması səmərəlidir. Qara herik istifadə edilən ərazinin ən azı 20-25%-ni əhatə etməlidir.

 

Cənub rayonlarında sürünən kəkrə ilə mübarizə aparmaq üçün 3 il müddətində çəltik əkilməsi tövsiyyə olunur. Məhsul yığıldıqdan sonra kövşən üzlənməli, şum ərazi üçün optimal müddətdə aparılmalı və növbəli əkin sistemindən düzgün istifadə olunmalıdır.

 

Son illər adıçəkilən alaq otuna qarşı qlifosat sistüm təsirli herbisidlərdən istifadə edilir. Bu preparatlar əkin aparılmamış sahələrdə tətbiq edilir, torpaq dərmanlamadan 2-3 həftə sonra şumlana bilər. Tətbiqindən 2 həftə sonra həmin sahəyə istənilən bitkini əkmək olar.

 

Taxıl məhsulları, bostan və texniki bitkilər əkilmiş sahələrdə məhsul yığımından sonra, meyvə bağlarında, üzümlüklərdə isə yazda və yayda inkişafda olan alaqlara qarşı Tornado (4-6 LHa), Knok-out (3,0-6,0 LHa) herbisidlərindən birini (mədəni bitkiləri qorumaq şərti ilə) istifdə etmək tövsiyyə olunur.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

37 saylı tam orta məktəbdə SON ZƏNG

Sərdar Cəlaloğlu hiddətləndi: “O söyüşlərdən min dəfə artığı özünüzə aiddir”

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

“Ömürlük müxalifətdə qalmaq fikrim yoxdur” - MÜSAHİBƏ

"Ermənistan XİN-in bəyanatı cəfəngiyyatdır"

Müdafiə Nazirliyi VİDEO yayıb

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək"

"Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır"

75 əcnəbi qaçqın statusu alıb

"Qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

Hücum casusluq məqsədilə həyata keçirilib