Xəbər saytlarında ədəbi dilin normalarına riayət olunması ilə bağlı monitorinqin nəticələri

15:56 13-06-2018 | icon 92 | Cəmiyyət
Xəbər saytlarında ədəbi dilin normalarına riayət olunması ilə bağlı monitorinqin nəticələri

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu xəbər saytlarında ədəbi dilin normalarına riayət olunması ilə bağlı apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb.

 

Versus.Az xəbər verir ki, İnstitutun aparıcı elmi işçisi Şahlar Məmmədov bildirib ki, saytlarda dilin inkişafına təsir edəcək ciddi proseslər müşahidə edilir: “Saytlar publisistik üslubun yazılı kütləvi nitq forması olduğu üçün danışıq dilinə çox yaxındır. Saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Məsələn, “Bakıda avtomobil bazarında QİYMƏTLƏR oynayır”,“Firuzə İbadovanın boşanan qızı hicaba keçdi” və s. Bu cür xəbər başlıqları adətən danışıq dilinin təsiri ilə yaranır. Saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə də rast gəlinir. Məsələn, “L.Əkbərova onlara 100 min manatdan çox pul “atıb”.

 

Ş.Məmmədov deyib ki, monitorinqə cəlb etdikləri saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir.

Onun sözlərinə görə, fonetik normanın pozulması halları əksər saytlarda müşahidə olunur. “Şəhərdə gəzərkən ehtiyyatlı olun”, “Rusiya açıqladı: 200 tonluq balistik raket...” “...borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib”, “...Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalınla görüş keçirilib” və s". Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur, adətən, mətnlər ciddi şəkildə redaktə olunmadan yayımlanır.

 

Ş.Məmmədov bildirib ki, ümumiyyətlə, saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar mövcuddur: "Burada yazılışı fərqli formalarda olan elə terminlərə də rast gəlirik ki, onlar Orfoqrafiya lüğətində (2013) yoxdur. Məsələn: “Kim kimi döyəcək: jurnalist bloqqeri, yoxsa bloqqer jurnalisti?” Saytların dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir. “Paşinyandan Qarabağla bağlı İNANILMAZ ADDIM: müharibə çağırışı rəsmən TƏTİKLƏNDİ”, “ABŞ-ın Havay adalarında 3 mayda fəaliyyətə keçən Kilauea vulkanı 23 gündür lava püskürməyə davam edir” və s.

 

Cümlədə söz sırasının dəyişməsi nəticəsində qrammatik normanın pozulduğu hallar da mövcuddur. Bu cür norma pozuntuları daha çox danışıq dilinin təsiri ilə baş verir. “Sumqayıtda yaşlı qadına səhv iynə vurdular – ÖLDÜ”, “Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb”. Dildə səhv iynə ifadəsi yoxdur".

O əlavə edib ki, saytlarda müşahidə olunan norma pozuntularından biri də cümlədə durğu işarələrinin düzgün qoyulmamasıdır:

 

"Axı, hazırda Azərbaycanda əhalinin gəlirləri ilə xərcləri uyğun deyil”, “Amma bir məsələ var ki, kainat durmadan genişlənə bilməz. Çünki, onu genişlənməyə sövq edən qüvvə hər şeyi genişləndirməli idi”, “Halbuki, kim nə bilir ki, insanda nələr var?” və s. Qaydaya görə, bu köməkçi nitq hissələrindən (axı, çünki, halbuki) sonra vergül qoyulmur".

Elmi işçi qeyd edib ki, saytlardakı yazılarda səhvlərin olmasının müxtəlif səbəbləri var. Bu səhvlərin yaranması redaktorların diqqətsiz, göz yaddaşının zəif olmasından, ədəbi dilin normalarını zəif bilməsindən irəli gəlir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İxtisas seçimi bu gün başa çatır

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq