"Azərbaycan tərəfdən lazım olan mesajlar göndərilib"

16:22 13-06-2018 | icon 19 | Siyasət
"Azərbaycan tərəfdən lazım olan mesajlar göndərilib"

Rusiya ilə Azərbaycan arasında demarkasiya məsələsi davam edir.

 

Versus.Az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov deyib ki, bu, uzunmüddətli prosesdir:

 

"Birinci mərhələdə 70 km, ikinci mərhələdə isə 60 km olacaq və bu şəkildə davam edəcək. Vaxtaşarı işçi qrupları görüşür. Ehtiyac olanda sərhəd zonalarına gedirlər, koordinatlar üzrə yerlərin müəyyən edilməli olduğu yerlərdə işləyirlər, sərhəd nişanlarının istehsalını aparırlar”.

 

Gürcüstanla Azərbaycan arasında delimitasiya məsələsinə gəlincə, nazir müavini bu prosesin nisbətən passiv olduğunu diqqətə çatdırıb:

 

“Bizim ümidimiz var ki, Gürcüstan tərəfi bu işi fəallaşdıracaq. Biz bütün səviyyələrdə, həm ekspertlər, həm də komissiya səviyyəsində görüşlər keçirilməsinə hazırıq. Lazım olan mesajlar da Azərbaycan tərəfdən göndərilib. Biz Gürcüstan tərəfinin reaksiyasına uyğun olaraq işləri davam etdirməyə hazırıq. Komissiyanın iclasının keçiriləcəyi ilə bağlı konkret tarix hələ ki, bəlli deyil”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Təhsil Nazirliyi icazə verdi

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

37 saylı tam orta məktəbdə SON ZƏNG

DADP sədrindən Ramazan təbriki

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ağcabədidə aqropark yaradılır

Ümid partiyasının sədri xalqı təbrik edir

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

Sabah bayram namazı qılınacaq

AXCP sədri xalqı təbrik edib

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."