Həmsədrlər münaqişəsinin dinc həlli yolunun axtarışına kömək etməkdə qətiyyətlidirlər

19:26 14-06-2018 | icon 20 | Siyasət
Həmsədrlər münaqişəsinin dinc həlli yolunun axtarışına kömək etməkdə qətiyyətlidirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc həlli yolunun axtarışına kömək etməkdə qətiyyətli olduqlarını bəyan ediblər.

 

Versus.Az xəbər verir ki, bu barədə həmsədrlərin Ermənistana səfərləri ilə bağlı yaydıqları bəyanatda deyilir.

Qeyd olunur ki, 12-14 iyun tarixlərində Ermənistanda səfərdə olan həmsədrlər xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüşüblər.

 

Həmsədrlər görüş zamanı prosesi irəli aparmaq istiqamətində növbəti addımları müzakirə ediblər. Həmçinin xarici işlər nazirlərinin yaxın gələcəkdə nəzərdə tutulan görüşü müzakirə olunub.

Vasitəçilər Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində son vəziyyət barədə fikir mübadiləsi aparıb, konstruktiv mühitin saxlanmasını vacibliyini qeyd ediblər.

 

Minsk qrupunun həmsədrləri tərəflərə münaqişənin Helsinki Yekun Aktı, o cümlədən güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında sülh yolu ilə həllinin tapılması istiqamətində kömək göstərməyə sadiq olduqlarını bir daha vurğulayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu müəllimlər işdən çıxarılacaq

Millət vəkili Vyetnamın vitse-prezidenti ilə Azərbaycan həqiqətlərindən danışıb

Pensiya islahatları keçiriləcək

Baxça tərbiyəçisi istintaqa cəlb edildi

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Təhsil Nazirliyi icazə verdi

DADP sədrindən Ramazan təbriki

Ağcabədidə aqropark yaradılır

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ümid partiyasının sədri xalqı təbrik edir

AXCP sədri xalqı təbrik edib

Sabah bayram namazı qılınacaq

Bu gün Milli Qurtuluş Günüdür

Ərizə qəbulunun vaxtı uzadılıb

700 bal toplayan abituriyent UNEC-də