AXCP sədri xalqı təbrik edib

11:57 15-06-2018 | icon 105 | Gündəm
AXCP sədri xalqı təbrik edib

AXCP sədri Razi Nurullayev Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

"Bu gözəl gün barış, toxluq, təmizlik və mənəvi saflıq günüdür. 30 gün müddətində Allaha yaxın olan bütün müsəlmanlara niyyətlərinin həyata keçməsini arzu edirəm. Allah hər şeyi görən, duyan və bağışlayandır. Bütün müsəlmanların günahlarının bağışlanmasını istəyirəm və qoy bir daha günah işlər görməsinlər.

 

Səngərdə, döyüşdə və arxa cəbhədə olan əsgər və zabitlərimizə Allahdan cansağlığı və qələbə arzulayıram. Qoy uca Allah onları düşmən gülləsindən qorusun və sağ-salamat öz ailələrinə qaytarsın!

 

Ölkəmizdə kasıblar, xəstələr, əlillər və digər ehtiyacı olanlar çoxdur. Bu əziz gündə varidatı olanlar qoy onlarla paylaşsınlar, onları sevindirsinlər və Allaha daha da yaxın olsunlar.

 

Bu müqəddəs gündə xaqımıza əmin-amanlıq, barış, sülh və torpaqlarımızın azad olunmasını diləyirəm. Uca Allah xalqımızı və ölkəmizi hifz etsin!

 

Allaha əl açıb dua edirəm ki, xalqımıza gözəl günlər bəxş etsin, ailələri sevindirsin və hər kəsin ürəyinə mərhəmət toxumu səpsin. Qoy xalqa qulluq etməli olanlar ona qulluq etsin, qoy xalqdan oğurlayanlar peşiman olub onu xalqa qaytarsın və bir daha oğurlamasın, qoy ölkəmizin vətəndaşları haram işlərdən uzaq olsunlar, rüşvət almasınlar və verməsinlər. Hər kəs Allah adına ölkəmiz və xalqımız üçün çalışsın!

Əziz müsəlmanlar, bayramınız mübarək!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib