Ümid partiyasının sədri xalqı təbrik edir

12:30 15-06-2018 | icon 193 | Gündəm
Ümid partiyasının sədri xalqı təbrik edir

Ümid Partiyasının sədri İqbal Ağazadə Müqəddəs Ramazan bayramı münasibətilə xalqı təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təbrikdə deyilir:

 

"Hörmətli həmvətənlər!

Sizi Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram. Oruc tutan bütün müsəlmanların ibadət və dualarının qəbul olunmasını Allahdan diləyirəm!

 

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

 

Hər şeydən əvvəl bu bayramın millətimizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməsini, işğal altında olan torpaqlarımızın azad olnmasını, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, əmin-amanlıq və firavanlıq içərisində yaşamasını, küskünlüklərin aradan qalxmasını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsini arzulayıram. İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcək.

 

Bu əziz gündə bir daha sizi, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımı bayram münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah orucunuzu qəbul etsin!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar