"Əminik ki, Qarabağ işğaldan azad ediləcək"

14:31 20-06-2018 | icon 196 | Siyasət
"Əminik ki, Qarabağ işğaldan azad ediləcək"

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək və azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar".

 

Versus.Az xəbər verir ki, bunu Türkiyənin baş ombudsmanı Şərəf Malkoç "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Ş.Malkoç qeyd edib ki, bu gün 65 milyondan çox insan öz evindən didərgin düşüb. Bunların müxtəlif səbəbləri olsa da, başlıca səbəb müharibə və münaqişələrdir.

 

Baş ombudsman bildirib ki, Türkiyədə hazırda 3,5 milyon nəfər Suriya qaçqını yaşayır:

 

"Çox şükür ki, Türkiyə xalqı Suriya qaçqınlarını özündən ayırmadı. Bu qaçqın insanlar pulsuz müayinə olunurlar. Bu qaçqınların 1 milyondan çoxu Türkiyə xəstəxanalarında pulsuz əməliyyat olunub".

 

Ş.Malkoç əlavə edib ki, indiyədək Türkiyə dövlətinin Suriya qaçqınlarına xərclədiyi vəsait 30 milyard dollar civarında olub.

Onun sözlərinə görə, bu gün yüz minlərlə suriyalı Türkiyə vətəndaşı kimi kiçik sahibkarlıqla məşğul olur.

 

Türkiyə və Azərbaycanın qardaş və bir-birinə sıx bağlı ölkə olduğunu deyən baş ombudsman vurğulayıb ki, bu bağlılıq bundan sonra da davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib